SABİQ NAZİR MÜAVİNİN RƏİS OĞLU HƏBS EDİLDİ - Atası açıqlama verdi

Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov, oğlu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən danışıb.

O, Unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir: “3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır. Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah Prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”.

***

Məşhur iş adamı Zaman İsgəndərovun qardaşı oğlu Kənan İsgəndərov həbs olunub.O, bir neçə gün əvvəl  hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Kənan İsgəndərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini daşıyıb.  "Qafqazinfo"nun məlumatına görə,  K.İsgəndərov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.

Həbs olunan şəxs həmçinin, Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğludur.

635x100

Şərhlər

mühəndis 2017-11-06 11:38:41

Ğlkədə baş verən və geniş vüsət alan qohumbazlıq əhalinin təhsilli,bacarığlı,savadlı ,təcrübəli təbəqəsinin işlə təmin olunmasına imkan vermir.Ona görə ölkənin dövlət idarələrini, nazirliklərini,hətta Milli Məclisini bir qrup qohumlar zəbt edib. Əgər bir neçə nəfər işlə təmin olsalar belə ilk ixtisarda onlar işsiz qalırlar. Belə hallar qanunla qadağan olmasına baxmayaraq DİN,XİN.PA.MM və digər strukturlarda geniş yayılıb.Bu məsələ belə buraxılmaz.Əks halda narazılıqlar artacaq.

Son yazılar