Bakı metrosuna ayrılan subsidiyaların azaldılmasının yolları açıqlanıb

2018-ci ildə "Bakı Metropoliteni" QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2017-ci ilin müvafiq göstəricilərindən 15 mln. manat və ya 50% çox olmaqla 45 mln. manat vəsait (subsidiya) proqnozlaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Rəydə vurğulanıb ki, 2017-ci il üçün "Nəqliyyat və rabitə" köməkçi bölməsində “Bakı Metropoliteni"ndə yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 30 mln. manat təsdiq edilib. Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 236s və 19 aprel tarixli 269s nömrəli sərəncamları ilə bir sıra kommunal xidmətlərin tarifinin artırılması səbəbindən əlavə maliyyə təminatının, habelə zərərin bağlanması məqsədi ilə həmin məbləğ 15 mln. manat artırılaraq 45 mln. manata çatdırılıb. Belə ki, Nazirlər Kabinetinin 19 aprel 2017-ci il tarixli 269s nömrəli sərəncamı ilə "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarına uyğun olaraq təsdiq edilmiş "Bakı Metropoliteni" QSC-nin 2017-ci il üzrə gəlirlər və xərclər smetası ilə müəyyən edilmiş dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tam ödənilməsi üçün "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə" prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.12.2.2-ci yarımbəndində "Rabitə, informasiya kommunikasiya sahələrində tədbirlər" üzrə nəzərdə tutulmuş vəsaitdən 2,3 mln. manat və 1.13.2.4-cü yarımbəndində "Maliyyə sağlamlaşdırılması tədbirləri, o cümlədən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin nizamnamə kapitalının artırılması, həmin müəssisələrin fəaliyyəti ilə əlaqədar zərərin ödənilməsi də daxil olmaqla bəzi öhdəliklərin tənzimlənməsi, təcrübə və tətbiqi tədqiqatlar və ekspertlərin cəlb edilməsi" üzrə nəzərdə tutulmuş vəsaitdən 9,2 mln. manat məbləğində vəsait, Nazirlər Kabinetinin 31 mart 2017-ci il tarixli 236s nömrəli sərəncamına əsasən "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə" prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.6-cı yarımbəndində əsas bölmələrə aid edilməyən xidmətlər sahəsi üzrə kommunal kommunikasiya xidmətləri və digər tədbirlər üçün nəzərdə tutulmuş vəsaitdən 3,5 mln. manat (o cümlədən 2,4 mln. manat subsidiya, 1,1 mln. manat "Kanazlizasiya xidmətləri haqqının ödənilməsi"nə) əlavə vəsait ayrılıb. Qeyd edilənləri nəzərə alaraq, "Bakı Metropoliteni"ndə yaranmış zərərin ödənilməsi üçün vəsaitin ayrılması büdcə xərclərinin Vahid Büdcə Təsnifatına uyğunlaşdırılması məqsədəmüvafiqdir.

Hesablama Palatası apardığı nəzarət tədbirinə əsaslanaraq metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, QSC-nin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif xərclərin azaldılması, maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə "Bakı Metropoliteni"nə ayrılan subsidiyaların optimallaşdırılmasını təklif edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar