Cənubi Koreyada çoxminli nümayişlər keçirilir - Trampın siyasətinə qarşı

cenubi koreya«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyada Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Koreya yarımadasındakı mövcud problemi mümkün hərbi yolla həll etmək istiqamətindəki siyasətinə qarşı çoxminli nümayişlər keçirilir. Nyiayişçilər bölgədə sülhə çağırırlar.

Xəbərdə deyilir ki, nümayişlər ABŞ Prezidentinin Cənubi Koreyaya gözlənilən səfərinə həsr olunub. Məlumdur ki, ABŞ liderinin 12 günlük Asiya turnesi başlanıb. Közlənildiyi kimi, bu səfər son 25 ildə ABŞ Prezidentinin Asiyaya ən uzun turnesi olacaq.

Donald Tramp artıq Yaponiyaya gəlib və burada bəyan edib ki, amerika xalşı güclü xalqdır və onu layiqincə qiymətləndirmək lazımdır. O, ABŞ döyüşçüsünü dünyanın ən qoçağı adlandırıb.

Yaponiyaya uçarkən, Tramp təyyarədə bildirib ki, tezliklə Vladimir Putinlə görüşəcəyini ümid edir. ABŞ lideri dəqiqləşdirib ki, Şimali Koreya məsələsində Rusiya liderindən kömək gözləyir (BBC).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar