Şahmatçılarımız Avropa çempionatının qalibi oldu - YENİLƏNİB
Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.
Trend-in məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla yekunlaşdırıb.
Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 14 xalla bitirib.
Lakin əlavə göstəricilərin cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.
***
Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının sonuncu-9-cu turu keçirilib. Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Ukrayna komandası ilə qarşılaşıb.
Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib.
Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
9 turdan sonra Azərbaycan komandası çempionata liderlik edir (15 xal), 2-ci və 3-cü yerləri isə Rusiya ilə Ukrayna bölüşürlər. Çempionatın qalibi hal-hazırda keçirillən Rusiya-Almaniya qarşılaşmasından sonra bəlli olacaq.
Şərhlər
Tebrikler..hal nece oldu 15 ya 14?