Hollandiya və Türkiyədən pomidor toxumu almırıq, çünki... - Sahibkar

svezhie-krasnyie-pomidoryiAzərbaycanda xaricdən gətirilən toxumlarla müqayisədə az məhsuldarlığı olmayan pomidor toxumları yetişdirilir.

Bu barədə Trend-ə açıqlamasında sahibkar Ələkbər Nəsibov məlumat verib.

Onun sözlərinə görə, hazırda Ağdam rayonunda pomidor təsərrüfatı ilə məşğuldur: "Məhsuldarlıq ayrı-ayrı vaxtlarda müxtəlif miqdarda olur. Hər il 2-3 hektar sahədə pomidor əkirəm. Hektara 150 ton məhsul götürürəm. Məhsuldarlıq normaldır. Əvvəllər toxumları Hollandiya və Türkiyədən gətirirdik, Şəki və digər rayonlardan şitillər alıb əkirdik. Amma bir neçə ildir ki, özümüz pomidor toxumu yetişdiririk. Əsasən, Hollandiya sortu olan H-22 sortunu becəririk. Bu toxum əvvəllər Hollandiyadan gətirilsə də, indi buna ehtiyac qalmayıb. Həyətlərimizdə kiçik istixanalar düzəltmişik, Hollandiya və Türkiyə sortları olan pomidorların şitillərini yetişdirib sahələrə əkirik".

Ə.Nəsirov deyib ki, Azərbaycanda yetişdirilən pomidor toxumlarının xaricdən gətirilən toxumlarla fərqi yoxdur: "Məhsuldarlıq da, xəstəliyə davamlılıq da eyni səviyyədədir. Bu prosesdə sahibkarların xərcləri də nicbətən az çıxır".

635x100

Şərhlər

Vüsal 2019-12-28 16:35:06

Salam.biz bu H 22 sortunu necə əldə edə bilərik?mümkündürsə əlaqə nömrəsi qeyd edərdiniz.əlaqə nömrəmiz 050 704 24 22

bioloq 2017-11-06 22:40:04

Ne ekirsiz, bilmirem. Hansi toxumdan ekirsiz?! Bunu da bilmirik. Sizin ekdiyiniz Pomidorlar xarici gorunusune gore pomidordu, amma ondan pomidordan basqa ne dad isteseniz gelir. El cekin GMO mehsul yetisdirmekden!!! Bu gun sizin inekleriniz iki basli bala doqur, 10 ilden sonra neveleriniz 2 basli,bir ayaqli daha curbecur mutasiyalara malik olacaqlar. Buna emin ola bilersiz!!!! Hani bizim gozel, dadindan doymadiqimiz Pomidorlar???!Bedbext Millet, Maariflen, Her Sahede!!!!

Son yazılar