“Hizbullah” lideri: “Həriri səud ağalarının göstərişi ilə istefa verib” – Təhlil

en.mehrnews.com, 05.11.2017

 

“Hizbullah” Livan müqavimət hərəkatının baş katibi deyib ki, ölkənin baş naziri istefaya getməyə məcbur edilib.

Baş nazir Səəd Həriri şənbə günü Səudiyyə Ərəbistanında televiziyada İran və “Hizbullah” hərəkatını ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edərək, həyatına təhlükə haqda əndişəyə istinadən, öz istefasını bildirdikdən sonra Seyid Həsən Nəsrullah bazar günü çıxış edib.

Nəsrullah qeyd edib ki, Həririnin istefası haqda bildiriş Səudiyyə Ərəbistanına bir sıra səfərlərdən sonra ortalığa çıxıb və əlavə edib ki, istefanın mətni və üslubu aydın şəkildə göstərir ki, bu, onun öz mətni deyil və Səudiyyə Ərəbistanı Livan baş nazirinə mətni diktə edib. “Hizbullah” lideri qeyd edib: “İndiyədək nəticəyə gəlmişik ki, Livanda Həririnin istefasının əsil səbəbinin hansı olduğunu heç kim bilmir və hamı buna görə təəccüblənib”.

O, əlavə edib: “Livanda bəziləri deyirlər ki, baş nazir bəzi adamlara və cərəyanlara hirslənib, amma bu iradlar dəqiq deyil, onun istefasının əsas səbəbini Səudiyyə Ərəbistanında axtarmaq lazım gəlir”.

“Hizbullah” lideri vurğulayıb ki, ola bilsin, Həririnin istefası Səudiyyə Ərəbistanında hakimiyyət uğrunda mübarizənin və yaxud Ər-Riyadın onun çıxışından məmnun olmadığının nəticəsidir və onun yerində başqa adamı görmək istəyir.

Bu da mümkündür ki, Livanda güvənliyi pozmaq və Yəməndə aparıldığı kimi, ölkədə müharibəyə başlamaq istəyirlər.

Nəsrullah yuxatrıda sözügedən faktları nəzərə almaqla qeyd edib ki, hər şeydən əvvəl Həririnin istefasının gerçək səbəbləri aydınlaşmayınca, “Hizbullah” birinci növbədə bütün tərəfləri səbir etməyə çağırır.

İkincisi, o deyib ki, “Hizbullah” Livanda dinc həyat axtarışındadır və Livan xalqına ölkədə yeni müharibə mümkünlüyündən qorxmamağa çağırır: "“Hizbullah” tam məsuliyyət daşıyır və Livanda hamıdan sakitliyi və dinc yaşayışı qorumağı xahiş edirik”.

“Hizbullah” hərəkatının lideri sonra bildirib ki, Livandakı hüquqi institutlar və qaydalar bu böhranı ziyansız aradan qaldırmağa yardım edəcək.

Nəsrullah Livandakı bütün siyasi qruplara və axınlara ölkədə nizam və barışı poza biləcək hər bir tədbirdən yayınmağa çağırıb və vurğulayıb ki, “Hizbullah”a göstərilən basqılar kursu və öz siyasətini dəyişməyə vadar edə bilməyəcək.

O, həmçinin siyasi qrupların əski dönəmlərə və küçə mitinqlərinə qayıtdığı haqda xəbərdarlıq edib, əminliyini bildirib ki, bu cür mitinqlər baş versə, heç bir problemi həll etməyəcək.

Onun sözlərinə görə, prezident Mişel Aun və parlament spikeri Nəbih Bərri problemsiz öz işlərinin öhdəsindən gəlir və Həririnin Səudiyyə Ərəbistanından dönüşünü gözləyirlər – “ona qayıtmağa icazə versələr”.

Biz hüquq normaları çərçivəsində sakitliyi saxlamalıyıq … və düşünmürəm ki, Livanda maraqları keçmişin xaotik şəraitinə qayıdan hansısa bir partiya var”.

Nəsrullah söyləyib ki, Livanda güvənlik və sakitliyi pozmağa yönəlmiş istənilən cəhd insanların xeyrinə olmazdı və sadəcə, ölkədə inamsızlıq araya bilən qrupların sahiblərinə xidmət edərdi.

“Hizbullah”ın livanlı lideri deyib ki, Həririnin həyatına mümkün sui-qəsd cəhdi haqda danışan yeganə qaynaq Səudiyyə Ərəbistanına məxsus “əl-Ərəbiyyə” şəbəkəsidir, halbuki Livan ordusu bu cür süjetin alındığına dair bircə sübut da tapa bilməyib.

Həririnin istefasının Livanla yeni müharibəyə başlamaq üçün İsrailin təşkil etdiyi haqda iddiaları təkzib edən Nəsrulla deyib ki, İsrail müharibə aparmaq istəyirsə, bunu öz hesablamaları əsasında edəcək və Həririnin istefasına heç bir dəxli olmayacaq. O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı və başçılığı altındakı koalisiya da Livana qarşı müharibə apara bilməz, çünki onların ölkəyə coğrafi çıxışı yoxdur.

Nəsrullah vurğulayıb ki, səudlar istədiklərini edə bilsəydilər, bunu Yəməndə edərdilər. Ölkə orada ciddi şəkildə palçığa batıb və məqsədinə yetə bilmir.

Tərcümə Strateq.az-ındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar