HƏBSDƏKİ RABİTƏÇİLƏR AZADLIĞA BURAXILDI - Yenilənib

vidadi zeynalov beytulla huseynov rabite nazirliyi azpolitika azerpoct aztelekomBakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə başa çatıb. APA-nın verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

“Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.

Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

* * *

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.

V.Zeynalov qısa çıxış edərək qeyd edib ki, qanun qarşısında heç bir günahı yoxdur. O, sadəcə Prezident qarşısında günahkar olduğunu bildirib

Hakimlər kollegiyası qərarı elan etmək üçün müşavirə otağına yollanıb.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib. Hökmdən narazı qalan V.Zeynalov, onun ailə üzvləri və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.

635x100

Şərhlər

Mail 2017-11-07 18:25:15

Guya indi her şey düzelib? Evvelkindende beterdi.

VƏTƏNDAŞ 2017-11-07 18:25:15

bəs son illərdə rabitə işçilərinin maaşınin artmamasına görə kim məsuliyyət daşiyacaq

REDAKTOR 2017-11-07 18:25:15

OPTİK RABİTƏ VƏ TİKİNTİ MMC NİN RƏİSİ NAMAZƏLİNİN İSİ ANCAQ XUSUSİ DOVLƏT MUHAFİZƏ XİDMƏTİNİN RABİTƏ DEPARTAMENTİNƏ SAXTA SƏNƏDLƏR TƏRTİB ETMƏK OLUB. ONA GORƏ DƏ BURAXİBLAR. ATPONET FİRMASİNA OTURULƏN MİLYONLARLA VƏSAİT BƏS HARA GEDİB CƏNAB BAS PROKUROR?.. HƏLƏ BİTRİBİN RƏSİNİ DEMİRİK. RABİTƏ SİSTEMİ BU FİRMAYA İSLƏYİB RABİTƏ NAZİRLİYİ VƏ XUSUSİLƏDƏ İLTİMAS BUNDAN KİFAYƏT QƏDƏR MƏLUMATLİDİR.

Ənvərqızı 2017-11-07 18:25:15

Dövlət büdcəsini talan edənlərə qarşı güzəşt nəzərdə tutulmamalıdır.Onların əmlakları müsadirə olunmaqla ən ağır cəzayə layiq görülməlidirlər,çünki onlara verilən cəzadan başqalarıda özləri üçün ibrət dərs götürsünlər.Rabitə sahəsi dövlətin bel sütunudur,həmin sahə dövlətçiliyimizi,xalqımızı və cənab Prezidentimizi qəlbən sevən təmiz vicdanlı insanların yeridir.Dövlətçiliyimizə,xalqımıza və cənab Prezidentimizə xəyanət edənləri bağışlamaq,cinayətdir.....?

Bashirov Qarib 2017-11-07 18:25:15

E.Mahmudov ifsha olunmasaydi,menimseme ve korrupsiya yarim milyardi kecherdi.Ele bil budce prezidente mexsusdur, ozunu onun qarshisinda gunahgar bilir.Yrinmagin da bir teheri, toheri olar da.

Mehman 2017-11-07 18:25:15

Gərək Beytullaya ömürlük cəza veriləydi.

Rabitəçi 2017-11-07 18:25:15

Vidadi Zeynalovun hesablanmış sərvətinin dəyəri 43 milyon 489 min 537 manatdır.Qənbər Beybalayevin sərvəti 3(iki) dəfə ondan çoxdur.Qənbər Bəybalayev pulla ve dalında duran adamları ilə kimlərinsə ağzını bağlaya bilib.Ona görə də baş poçtolyonun sərvəti heç bir yerdə qeydə alınmayıb.Çünki onun dalında həm pul,həm də güclü day-daylar durur.

Rabitəçi 2017-11-07 18:25:15

Aztelekom,AzərPoçt və qeyrilərin keçmiş rəhbərlərinin hələm arxalarında milyardlara bərabər pulları var.bahalı 10-15 villalar,bahalı maşınları,Bakının mərkəzində saysız-hesabsız mənzilləri. Ancaqbunlar unudublar ki,haram qığdıqlarını asta asta qusacaqlar

Rabitəçi 2017-11-07 18:25:15

Adamın lap gülməyi gəlir.119 milyon pulu mənimsəyib,lyuks kameralarda yatın,öz ağırlıqında pulları bu 2 ildə ora-bura xərcləyib indi də azadlıqdadırlar.Görün bunların arxalarında nə qədər gizlətdiyi pulları var ki,məhkumluqdan da özlərini qurtara bildilər.Eh,Azərbaycan,azərbaycan.Bizim bu gözəlməkanımızda pulla hər şeyə nail olmaq olar.Eyər bunlar cinayətkar deyildilərsə niyə həbs olundular?Əyər həbs olunublarsa niyə azadlıqa çıxdılar?Aztelekom,AzərPoçt və qeyrilərin keçmiş rəhbərlərinin hələm arxalarında

oxucu 2017-11-07 18:25:15

Adam lap yanıb tökülür.

Son yazılar