Rusiya və İran Suriyadakı vəziyyəti müzakirə ediblər - Xəzərdə əməkdaşlığa da baxılıb

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Mühəmməd Cavad Zərif Suriya tənzimləməsi üzrə vəziyyəti və Xəzərdə əçməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bu barədə xəbəri Rusiya xarici işlər nazirliyinin mətbuat xidməti yayıb.

«Beynəlxalq arenada ikitərəfdi münasibətlərin aktual məsələləri müzakirə olundu. Xüsusilə, nazirlər Suriya tənzimləməsi üzrə vəziyyət barədə fikir mübadiləsi aparıblar və həm də Xəzərdə əməkdaşlıq üzrə qarşıda duran tapşırıqlara toxunublar» - xəbərdə deyilir.

O da bildirilir ki, tərəflər müxtəlif səviyyələrdə qarşıda duran təmasların qrafikinə xüsusi diqqət yetiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar