Avakovun işi avand gəldi - Aşırmaq mümkün olmadı

arsen avakovNoyabrın 7-si Ukrayna parlamentində daxili işlər naziri Arsen Avakovun vəzifədən çıxarılması ilə bağlı qərar layihəsi səsə qoyulub. Novator.az-ın məlumatına görə, layihə keçməyib, çünki təklifi Ali Radanın cəmi 31 deputatı dəstəkləyib.

Ukraynada Nazirlər Kabineti üzvlərini parlament vəzifəyə təyin və vəzifədən azad edir. Bunun üçün 226 deputatın səsi tələb olunur.

Ali Radanın bəzi deputatları Arsen Avakovu polis orqanlarında islahatları ləngitməkdə, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə qətiyyətli fəaliyyət göstərməməkdə ittiham edir. Noyabrın 7-də səsverməyə çıxarılan layihədə qeyd olunub ki, Arsen Avakovun nazir işlədiyi müddətdə cinayətkarlıq 30% artıb, cinayətlərin açılma faizi 10% düşüb.

Arsen Avakov Bakı ermənisidir. 1964-cü ildə anadan olub. İki yaşından Ukraynada yaşayır. Xarkov Politexnik İnstitutunu bitirib. Uzun müddət bizneslə məşğul olub. 2005-2010-cu illərdə Xarkov vilayətinin qubernatoru postunu tutub, sonra Ali Radanın deputatı seçilib. 2014-cü il fevralın 22-dən daxili işlər naziridir.

Ötən həftə onun oğlu Aleksandr Avakova 2014-2015-ci illərdə Daxili İşlər Nazirliyi üçün çantaların şişirdilmiş qiymətə alınması, dövlətə 520 min dollara yaxın ziyan vurulması ittihamı ilə cinayət işi qaldırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar