İnsan öləndən sonra nəyi hiss edir? - TƏDQİQAT

İnsan ölümdən sonra öldüyünü dərk edir və ətrafında nə baş verdiyini hiss edir.

"AzPolitika" Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bunu Nyu-York Universiteti yanında Langone Tibb Məktəbinin (NYU Langone School of Medicine) mütəxəssisləri bildirib.

LiveScience internet nəşri tədqiqatın nəticələrini açıqlayıb.

Tədqiqatın rəhbəri Sem Parnianın bildirdiyinə görə, ölüm ürəyin dayanma anıdır. Həmin an qan beyinə getmir. Qanın beyinə getməməsi isə onun fəaliyyətinin dərhal dayanmasına səbəb olur. Yekun nəticədə beyin hüceyrələri ölməyə başlayır. Onların tam ölməsi üçün kliniki ölümdən sonra bir neçə saat tələb olunur.

Bildirilir ki, ürəyin döyüntüsü dayanandan sonra da insanın şüuru yerində olur.

İnsanlar "ölümün birinci fazası”nda dərketmə qabiliyyətlərini qoruyub saxlayırlar. Bunu ürəyi dayanandan bir müddət sonra yenidən fəaliyyətini bərpa edən, kliniki ölümdən sonra həyata qayıdan insanların müşahidələri təsdiqləyib.

"Onlar danışırlar ki, həkimləri və tibb bacılarını görürdülər, onların nə danışdıqlarının hamısını eşidirdilər. Daha sonra nə baş verdiyini isə bilmirlər və xatırlamırlar” — deyə Parnia əlavə edib.

Tədqiqatçılar bildiriblər ki, sözügedən pasiyentlərin xatırladıqlarını kliniki ölüm anında onların yanında olmuş tibb işçiləri də təsdiqləyiblər. Baxmayaraq ki, onlar faktiki surətdə ölü olurlar, amma baş verənləri bütün detalları ilə xatırlayırlar.

Bu tədqiqatdan daha əvvəl isə uzun müddət komada qalandan sonra ayılan insanların nə hiss etdikləri də araşdırılıb. Qəribədir ki, komada olanlarla kliniki ölüm keçirənlərin müşahidələri arasında oxşar və fərqli cəhətlər müəyyən edilib.

635x100

Şərhlər

NURəddin 2017-11-07 23:38:54

Klinik ölümlə bağlı Amerika,Avropa və Rusiyanın ən nüfuzlu klinikalarında uzun illərdir elmi-praktiki müşahidələr aparılır.Müxtəlif mənbələrdən kifayət qədər də təsviri və yazılı faktlar əldə etmiş alimlər bəyan edir ki,tezliklə bəşəriyyətə misli görünməyən elmi açıqlama təqdim olunacaq.Mütərəqqi cəmiyyət üzvləri bu cür qlobal işlərlə məşğuldur.Bizimkilər isə pul üstündə,kreslo üstündə qırğın edir.1 parça ət üstündə boğuşan kaftar çoxnağı kimi.Ölüm olsun canınıza.1cə dənə də elmi kəşfi siz qoyun ortaya.

dadaşyev 2017-11-07 23:38:54

Robert Moudinin "Ölümdən sonra həyat" kitabı çoxdanındır.Yeni fikirlər deyil yəni.Bu barədə ən gözəl sözü isə Məhəmməd peyğəmbər deyib.Bədr savaşında öldürülmüş kafir Əbü Cəhlin atıldığı quyuya yaxınlaşıb deyib ki,ey Əbu Cəhl,indi Allahın vədinin doğruluğunu görürsənmi?Səhabələr deyiblər,o ki ölüdür,səni eşidərmi?O da deyib ki,and olsun Allahın birliyinə ki,o bu anlar məni sizdən daha gözəl eşidir.(Qeyd edim ki,Əbu Cəhlin başı kəsilərək quyuya atılmışdı).

Son yazılar