Saakaşvili Poroşenkonu “xalq impiçmenti” ilə hədələyib

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukrayna dövlət başçısına qarşı “xalq impiçmenti” prosedurunun başlamasına hazır olduğunu bəyan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda Ukrayna Ali Radasının qarşısında mitinq keçirilir. Minə yaxın nümayişçi millət vəkillərinin toxunulmazlığını ləğv etmək, seçki qanunvericiliyini dəyişdirmək və korrupsiyaya qarşı məhkəmə yaradılmasını tələb edir.

“Əgər onlar tələblərimizi rədd etməyə davam etsə, dekabrın 3-dən etibarən xalq impiçmenti prosesinin başlanmasını təklif edirəm”, deyə M.Saakaşvili bildirib. O, prosedurun necə həyata keçiriləcəyini dəqiqləşdirməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar