"1 kq YAĞ 5 MANAT 34 QƏPİYƏ İDXAL OLUNUR" - Qubad İbadoğlu

Nazirlər Kabinetinin kərə yağı və süd məhsullarının idxal rüsumunun üç dəfə azaldılması barədə qərar qəbul edib. Qərara görə, 2017-ci ilin dekabrından bu məhsulların idxal rüsumu 15%-dən 5%-ə azaldılıb. Qərar 31 dekabr 2019-cu ilə kimi qüvvədə olacaq.

İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, rəsmi məlumatlara görə, ölkəyə 1 kiloqram Yeni Zelandiya yağı 5 manat 34 qəpiyə idxal olunur. Rüsum endirldikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər.

O bildirib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür.

Ən ucuz yağ Estoniyadan - 2,62 dollar, ən baha yağ Lüksemburqdan - 10,18 dollar idxal edilir.

İndiki məzənnə ilə Yeni Zelandiya yağı 5 manat 33 qəpiyə başa gəlir. Nəticədə 1 kq yağın orta qiyməti 6 manat 80 qəpik təşkil edir.

İdxal olunan kərə yağı (Cədvəl Qubad İbadoğlunun facebook səhifəsindən götürülüb)

"Dövlət Gömrük Komitəsi (DGK) 1 kq kərə yağının 8 manat 84 qəpiyə idxal olunduğunu açıqlayıb. Ola bilər ki, DGK bu zaman həm də idxal rüsumları və əlavə dəyər vergisini (ƏDV) də həmin qiymətə daxil edib. Belə olan halda 5 manat 34 qəpik gömrük dəyəri olan Yeni Zelandiya yağı üçün əvvəlki qaydalara görə hesablanan 15 faiz gömrük rüsumu 80 qəpik edir, onu da əlavə edəndə gömrük dəyəri və rüsumlar birlikdə 6 manat 14 qəpik olur. Bu məbləğə hesablanan ƏDV 1 manat 10 qəpiyə bərabər olur. Belə olan halda idxlatçı şirkət Yeni Zelandiya mənşəli kərə yağını gömrükdən 7 manat 24 qəpiyə (6 manat 14 qəpik + 1 manat 10 qəpik) çıxarmalıdır", Q.İbadoğlu qeyd edir.

Ekspert hesab edir ki, mağazalarda yağın ciddi ucuzlaşması gözlənilmir.

"Göründüyü kimi, rüsumun 3 dəfə aşağl salınması hesabına 1 kq kərə yağı digər şərtlər nəzərə alınmadığı halda orta hesabla 63 qəpik ucuzlaşa bilər. Bu isə o kərə yağının satışına qədər də böyük endirimə gətirib çıxarmayacaq. Hesab edirəm ki, 1 aydan sonra başlayan 50-60 qəpiklik ucuzlaşma qısa müddətli dövrdə müşahidə olunacaq və çox keçmədən qiymətlər yenə də əvvəlki səviyyəsinə qayıdacaq", o bəyan edib.

Qeyd edək ki, oktyabrda ekspertlər, o cümlədən Natiq Cəfərli ilə Gömrük Komitəsi arasında kərə yağının əsassız bahalığı ilə bağlı disskusiya olub. Ekspert Dövlət Gömrük Komitəsini yağ idxalında inhisarçılıqda ittiham etdi.

N.Cəfərli Yeni Zelandiya yağının Azərbaycanla Gürcüstandakı qiymətləri arasında 40% fərqi (18 və 10 manat) izah etməyi tələb edib.

Nazirlər Kabinetinin qərarından sonra Cəfərli Facebook səhifəsində qeyd edib ki, "indi həll edilməmiş bir məqam qalır - rəqabətli və ədalətli mühit yaradılması".

Xatırladaq ki, hazırda ölkəyə idxal olunan kərə yağının pərakəndə satışda bir kiloqramı 16-18 manatdır ("Amerikanın səsi").

635x100

Şərhlər

Miriyə 2017-11-08 20:21:23

Ölkə iqtisadiyyatı iqtisaddan xəbərsiz, əsiysati siyasətdn xəbərsiz ( dwnyada gedən proseslərdən)təsadüfi adamlara tapçırılmış olduğundan analoqu olmayan geriləmə olduğu halda irəliləyyişdən. kasıblıq olduğu halda varlanmaqdan danışılmasıı Azərbaycanda adi hal kimi qbul edildiyindən təəcüblənəcək nə var ki?Möhtəkirliyə, rüşvətxorluğa,büdcə oğurluğuna və sairəyə qarşı mübarizə olmayan ölkə necə olmalıdır ki? İbadoölu da elə bilir Amerika kəşf edib.Rəzalət buna deyilir. İşlər Allaha qalıb.

pıs-pısa 2017-11-08 20:21:23

Dünyaya "Günəş kimi parlamış Ataloqsuz inkişafı olan" Azərbaycan Abşeronun palçıq vulkankanlarında söndü!! Luvru ağartmamıza baxmayaraq fransızlar da cırt etdilər! "Baden-Badenin mavi gecələri" Azərbaycanın qara günləri

BAKILI 2017-11-08 20:21:23

Qubad bey derine getme yoxsa deyecekler sende ermenisen

Mir Kəlam 2017-11-08 20:21:23

qoy 15 ölkədən yağ gətirənlər və onlara icazə verənlər izahat versinlər.

Bizim hara getdiyimizi bilən var??? 2017-11-08 20:21:23

Lüksemburqdan gələn yağ kərə yağı deyil, nehrə yağıdır. Alp dağlarının quzey tərəfində otlayan inəklərin südündən, Alman texnologiası əsasında hazırlanır və Lüksemburq hesablaşmalar sisteminin istifadəsi ilə realizə olunur. Bu cür yağlar ölkəyə satış məqsədi ilə gətirilmir, yalnız yaxın dosta-tanışa paylanmaq üçün....)))))))) PS. DKK-ın heç bir arayış verməməmsi, susması maraqlıdır. Ölkə iqtisadiyyatında son illər aparıln ən uğurlu institusional dəyişikliklər sırasında məhz DKK-ın iş rejimi göstərilir....))))))

t.ədalət 2017-11-08 20:21:23

Bir vaxtlar Kənd.təsərrüf. naziri H.Əsədov deyirdi ki, yerli cinsdən olan heyvanları məhv edib əvəzində xaricdən gətirilən heyvanlara üstünlük verilməlidir.Guya,xaricdən alınan mallar sayca az ,məhsuldarlıq cəhətdən isə çox gəlirli olacaq.Əslində ,nazir yerli cinslərin məhv edilməsi ilə respublikada istehsal olunan ət məhsullarının azalmasına çalışır,bu yolla xaricdən ət məhsulları gətirən dələduzlara gəlir yeri yaratmaq istəyirdi. Yag məsələsi də həmin siyasətin davamı olaraq günün faciəsinə çevrilib.

t.ədalət 2017-11-08 20:21:23

Respublikaya gətirilən yag məhsullarının başında maliyyə,iqtisad və gömrük nazirliklərinin dayandıqları deyilir. Bizdə vergi sistemi savadsız adamların öhdəsinə buraxıldıgına görə qiymətlərin tənzimlənməsinə çarə tapılmır.Ölkəyə gətirilən məhsulların qiyməti xarici ölkələrin verdiyi sənədlərdə öz əksini tapmalıdır.Ölkədəki satış qiymətlərinə elə vergitutma siyasəti tətbiq olunmalıdır ki,sahibkarların alacagı artıq pullar artırılmış vergi yolu ilə onun cibindən çıxarılsın.Yəni,baha satarsa,az qazansın.

miri 2017-11-08 20:21:23

Analoqsus ölkəmiz ücün adi haldır.P.S.Bəzi adamların məlumatı bilsə müvafiq qürumların mübarizə aparma /bu vıziyyət elə müfaviq qürumlar vasitəsi ilə mırkəzdən idarə olunur/ ehtimalına inanması qədər sadəlövh olmaq istərəm məndə.

Mail 2017-11-08 20:21:23

Alan hamparsun,satan hampasun,nece olmalıdı bes?

Mir Yusifə 2017-11-08 20:21:23

İqtisadçılardan üzr istəyirəm. Azı 20 il gözləniləndən çox yüksək valyuta gəlirimiz olub. "İnkişaf və tərəqqi" yolu ilə öz D/Qarabağının hərbi əsarətində olan Azərbaycanı siyasi-iqtisadi iflasa gətirmişik. Təbii sərvət gəlirini özbaşına büdcəyə buraxmaq dövlət və ya bazar iqtisadiyyatı deyil. Bir ölkədə ki, zəruri ərzağın qiymətinə əlavə ilə büdcə tamlanır orada İqtisadiyyatın varlığı xülyadır. Xam neftdən qeyri hansı işimizə və özəl məhsulumuza dünyəvi sorğu var?

Bashirov Qarib 2017-11-08 20:21:23

Luksenburqdan da yag almagimiz anoloqu olmayan regionun lider adlandirilan olkesinin faciesidir.Bu facienin adi yaritmaz idareetmedir.

Miryusif 2017-11-08 20:21:23

5 manat 34 qəpiyə idaxaı olunan yağ hansı əsasa və hansı hesablamalara görə əhaliyə 16-19 manata satılır?Hörmətli ekspert bu suala da aydınlıq gətiəlkə hökumətin əlaqədar qurrsə millət onları soyanları bilər və bəlkə hökumətin əlaqədar qurumları bu soyğunçuluğa qarşı mübarizə edələr.

Yaşar 2017-11-08 20:21:23

Burda nə var ki, qiymətlərin arasındakı fərq ortada gözə görünməyən və küllü miqdarda pul qazanan himayədarlardı. Məsələn çıx bulvara otur bir çay içməyə qabağına iki mürəbbə qabı quyub səndən 15-20 manat pul istəyəcəklər. Soruşanda bu nə qiymətdi, belə açıqlanır 1 manat bulvar yiyəsinin stavkası, bir manat obyekt sahıbinin, 1 manat fiankəsin və sair. Gedin 28 mayda telefon satan maqazinlərə baxın 1 nəfər işbaz öz tərəfdarları ilə bu əmlakları (mağazaları)ələ keçirib ayı 1000-1500 manata kirayə verməklə cib doldurur heç bir vergidə ödəmir. Yəni demək istəyirəm ki, gətirilən malın monopolisti var anlayışını cəmiyyətimiz bilir, amma gözə görünməyən qeydiyyatda olmayan (yer pulu, himayədarlıq pulu, dayday pulu) adıyla öz cib vergisini yığan vəzifəli məmurları heç kim görmür. Yəni insanlar heç bir yerdə işləmədən ortada fırlanmaqla qaz vurub qazan doldururlar. İndi çıxıb bir iki market sahibini qanuni şəkildə dirəmək lazımdır divara qoy desin marketin hökümətə ödəyən vergidən başqa kimə ayda nəqədər dolya ödədiyini. Bax onda Ölkəmizdə fırlanan qara büdcənin nələrə saib olduğunu görərsiz.

cəngərlik sakini 2017-11-08 20:21:23

hətta yağ alverində də dünyada "birinci"yik.

Siyasət Faktorov 2017-11-08 20:21:23

Dəyərli İqtisadi Doktor Cənab Q.İbadoğlu, Siz və N.Cəfərli kobud səhvlə Azərbaycana Kərə yağlarının limuzinlə gətirildiyini və geri Gürcüstanın bizimki qədər çox valyutası olmadığını nəzərə almamısınız. Axı, biz Hayestan və himayədarları üçün işlədilirik. Rəsmi Tiflis isə bu haqda heç düşünmək belə istəmir.

Son yazılar