POLKOVNİK "LOTU QULİ"ni ÖLDÜRMƏYƏ 5 MİLYON TƏKLİF EDİB - Yeni təfərrüatlar + VİDEO

İstanbulun xüsusi təyinatlı polisinin noyabrın 2-də Bakırköydəki “Ömür” Ticarət Mərkəzində keçirdiyi əməliyyatın yeni təfərrüatları ortaya çıxıb.  Polis qaynaqlarının Türkiyənin “Hürriyet” qəzetinə sızdırdığı məlumata görə “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev Bakıdan apardığı daha üç nəfərlə birlikdə “Şirinlər qruplaşması”nın lideri, “Max” ləqəbli Mehmet Sabri Şirinlə “Lotu Quli”nin öldürülməsi planını müzakirə edirmiş.

Bildirilir ki, Namiq Canıyev “Lotu Quli”nin öldürülməsi üçün “Max”a rekord məbləğ-5 milyon dollar təklif edib. Tərəflər sövdələşmənin detallarını müzakirə etmək üçün ticarət mərkəzindəki restoranda görüşüblər.

Xatırladaq ki, əməliyyatda Mehmet Sabri Şirin də daxil olmaqla cəmi 13 nəfər, o cümlədən Namiq Canıyev, “Lənkəranski”nin qruplaşmasının killeri “Hacı Beyləqanski” və digərləri tutulub.

İstanbul polisindəki qaynaqlar bildiriblər ki, saxlanılanlardan 9 müxtəlif tipli tapança və onlara aid patronlar tutulub.

Bu arada virtualaz.org-a İstanbuldakı qaynaqlardan məlum  olub ki, Namiq Canıyevin Bakıdan “nüfuzlu şəxslərin müdaxiləsi” ilə sərbəst buraxıldığı,  guya Azərbaycana qayıtdığı haqda yayılan xəbərlər doğru deyil. İstanbul məhkəməsi onun barəsində 4 ayqlı həbs qətimkan tədbiri seçib və Namiq Canıyev hazırda həbsdədir.

"AzPolitika.info" xatırladır ki, Namiq Canıyev də daxil olmaqla sui-qəsd planı hazırlayan qrupun üzvləri ötən axşam İstanbulun Baxçalıevlər məhəlləsindəki “Ömür” tiarət mərkəzinin restoranında keçirilən xüsusi əməliyyatda saxlanılıb. Əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Saxlanılanların üzərindən tapançalarla yanaşı döyüş qumbaraları da aşkar edilib.

Qeyd edək ki, N. Canıyev Dövlət Gömrük Komitəsinin Keşlə bölməsinin rəisi vəzifəsində çalışır, polkovnikdir.

 

635x100

Şərhlər

VUGAR 2017-11-08 21:47:03

ARTIQ BU NE OQRU NE BANDIT SOHBETIDIR. BU SHEXSI PRINSIPLER DASHIYAN BIR VENDETTAYA OXSHAYIR. AMMA COX HAYF EGER NAMIG BUNUN GURBANI OLSA.

Rabitəçi 2017-11-08 21:47:03

Soruşasan Namiq Caniyevdən ki,ay insan balası gül kimi vəzifən,gəlirin də başından aşıb daşır,evlərinin,villalarının,varıdatının sayı-hesabi yox,pulun da milyardlara bərabər. Sənə bundan başqa nə lazımdlr ki? Namiq və qeyri Namiqə bənzərlər-Niyə ALLAHdan qorxmursuz?Niyə qətil törədirsiz?

Son yazılar