Baş prokuror məmurun incitdiyi qadının şikayətini nəzarətə götürdü

Eldar Sultanov: “Gülnar Günəşli Rüstəm Usubov tərəfindən qəbul edilib, dinlənilib”

“Yeni Müsavat” qəzetinin 6 noyabr, 2017-ci il tarixli sayında “Gəncə İcra hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham” başlıqlı yazı dərc olunub. Yazıda Gülnar Günəşli ad-soyadlı qadının şikayətindən bəhs edilirdi. G.Günəşli Gəncə ŞİH-də sektor müdiri vəzifəsində çalışıb. O, icra başçısı Elmar Vəliyevin müavini Məharət Mustafayevdən şikayət edib. Deyib ki, M.Mustafayev onu ölüm həddinə çatdırıb.

Həmin yazıdan sitat: “Bu il avqustun 11-də Məharət Mustafayevin dözülməz təhdidlərindən can qurtarmaq üçün Bakıya gəldim. Buna qədər şikayət etmədiyim dövlət qurumu qalmamışdı. Özümü yandırmaq da istərdim, benzini üstümə tökdüm, amma polis əməkdaşları özümü öldürməyə imkan vermədilər. Tutub Səbayel Rayon Prokurorluğuna gətirdilər. Orada başıma gələnləri danışıb niyə intihar etmək istədiyimi, məni bu həddə Məharət Mustafayevin çatdırdığını ətraflı danışdım. Ümidli idim ki, şikayətimi araşdırıb nəhayət ki, Məharət Mustafayevi cəzalandırarlar. Amma tam əksi oldu. Məharət Mustafayev mənə özümü öldürməkdən başqa yol qoymayıb”.

27 yaşlı G.Günəşli Gəncə Şəhər İcra Hakimiyyətində memar vəzifəsinə 2013-cü ildə işə götürülüb. 2014-cü ildə ailə həyatı qurub. 2016-cı ildə Məharət Mustafayev Gəncə İH-nin Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin olunana qədər G.Günəşli sakit həyatını yaşayıb, 2 övladını böyüdüb.

Yeni rəisin ilk günlər G.Günəşliyə münasibəti normal olub. Həmin dövrdə G.Günəşli həyat yoldaşından ayrılıb. Bundan sonra isə xanım işçinin pis günləri başlayıb.

G.Günəşlinin intihara cəhd faktı üzrə materialı Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənov araşdırıb.

Yazı dərc olunduqdan sonra Baş Prokurorluq məsələyə müdaxilə edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı musavat.com-a açıqlama verib.

O, bunları deyib: “Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində Kommersiya sektorunun müdiri vəzifəsində işləyən şəhər sakini Gülnar Günəşli müraciəti ilə bağlı noyabrın 7-də Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, dinlənilib.

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev tərəfindən ləyaqətinin mütəmadi olaraq alçaldılması, hədələnməsi və ona qarşı yol verilmiş digər qanun pozuntuları ilə bağlı şikayətçinin göstərdiyi xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq qərarın qəbul edilməsi üçün Gəncə şəhər prokurorluğuna müvafiq tapşırıqlar verilib.

Vətəndaşın müraciəti üzrə araşdırma Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb”.

635x100

Şərhlər

dadaşyev 2017-11-08 22:35:33

"Qaçaq Nəbi" kinosunda kəndxuda birisinin halalca arvadının qarşısını kəsib deyirmiş ki,sən kəndxuda arvadı olmağa layiqsən.Nəbi də ona deyib ki,qudurmusan deyəsən,yalın artıq düşüb.(Bilməyənlərə bildirim ki,"yal" arpa ununu yağlı ət suyunda qaynadıb köpəklərə verilən yeməkdir.Həm sürünün heyvanlarına toxunmasın,həm də qızışsın deyə.Çox yal içən köpək qızışıb şıdırğı kürsəyə gedər).Bu zavallı xanımı intihar həddinə çatdıran o rəisin qohumlarından kimsə Nəbinin vaxtında kəndxuda olmayıb ki əcəba?

Vətəndaş 2017-11-08 22:35:33

Allah hər bir kəsi Məharətlərin fitnə-fəsadından qorusun. Bir vaxtlar məharət Goranboyda Ağa Əkbərovun işçisi idi və Ağa kişidən başqa ona heç kimin gücü çatmırdı, indi də zəmanənin söz və əməl sahibi elmar vəliyevin işçisidir. Odur ki, G.Günəşlinin işi qalıb bircə Allaha.

Son yazılar