NATO yeni komanda quruluşunun yaradılması işlərinə başlayıb

NATO alyans qüvvələrinin Avropa və Atlantikada çevikliyini artırmaq məqsədi ilə yeni komanda quruluşunun yaradılması işlərinə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın nazirlər görüşünün birinci gününün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, NATO hərbi məqsədlərdə Avropa İttifaqının nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün tələblərin siyahısını hazırlamağa başlayıb.

Onun sözlərinə görə, alyans əməliyyatlarda istifadə etmək üçün öz ölkələrinin kibernetika imkanlarını səfərbər edəcək. Bununla yanaşı baş katib NATO-nun hərbi cavab tədbiri qismində kibernetik silah tətbiqinə başlaya biləcəyini istisna etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar