Boliviya prezidenti ABŞ-ın hədələdi - Müvəqqəti işlər vəkilini ölkədən çıxaracaq

Evo-Morales-770x470«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Boliviyanın Pezidenti Evo Morales bəyan edib ki, əgər Vaşinqton Boliviyadakı sağçı qüvvələri maliyyələşdirməkdə davam edərsə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müvəqqəti işlər vəkili Piter Bernannı ölkədən çıxaracaq.

Xatırladaq ki, 9 il bundan əvvəl Evo Morales ABŞ-n Boliviyadakı səfiri Filipp Qoldberqi separatçı qüvvələrlə əlbir olmaqda günahlandırıb və onu «persona non qrata» elan edib.

Bu ilin iyul ayında Boliviyanın Prezidenti ona qarşı sui-qəsd hazırlandığını xəbər verib. Moralesin sözlərinə görə, 2006-cı ildən 2009-cu ilə qədər Birləşmiş Ştatlar bu ölkədəki separatçı təşkilatlara 4 milyon dollardan artıq pul verib ki, onlar qaz-boru kəmərini partlatsınlar.

Bundan bahşa, 2008-ci ildə ABŞ-n Cənub komandanlığı Boliviyada dövlət çevrilişi həyata keçirmək və Prezidentin öldürülməsi imkanlarını götür-qoy edib.

635x100

Şərhlər

dadaşyev 2017-11-08 23:47:58

Dünyanın sakit olması üçün ABŞ-ın bütün dünyadakı səfirlikləri bağlanmalıdır.

Son yazılar