Türkiyə, Fransa və İtaliya yeni saziş imzalayıb

Türkiyə, Fransa və İtaliyanın müdafiə idarələri arasında müdafiə sahəsində əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, əməkdaşlıq istiqamətində ilk addım olaraq EUROSAM konsorsiumu ilə Türkiyə şirkətləri arasında SAMP-T hava hücumundan müdafiə sisteminin təhlili aparılacaq, həmçinin üç ölkənin tələbatının aşkar edilməsi üzrə işlər görüləcək.

Bundan əlavə, memorandum birgə hava hücumu və raket əleyhinə sistemlərin birgə istehsalı, həmçinin müdafiə sənayesi sahəsində münasibətlərin inkişafı üçün əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini əhatə edəcək.

Memoranduma görə, eləcə də, NATO çərçivəsində iki və üçtərəfli məsləhətləşmələr aparılacaq. Eyni zamanda, tərəflər NATO üzrə tərəfdaşlarla əməkdaşlığın inkişafını dəstəkləmək niyyətindədirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar