"SABAH HAMISI QAÇACAQ MİLLİ MƏCLİSİN QABAĞINA..." - Deputat müəllim və pensiyaçılar haqda

"Mən indidən təbil vururam ki, əvvəl-axır buna gəlinəcək, başqa variant yoxdur"

Milli Məclisdə hökumətin iştirakı ilə keçirilən komitə iclaslarında 2018-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb. Komitə müzakirələrindən sonra məsələ parlamentin plenar iclasına tövsiyə olunacaq. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deputatların maaşının artırılmasını təklif edib ki, bu da cəmiyyətdə rezonansa səbəb olub. Orta və aşağı kateqoriyalı insanlar sosial şəbəkələr və media vasitəsilə deputatın bu təklifinə etirazlarını bildiriblər.

Hakim partiyanın üzvü deyib ki, Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin maaşından azdır. “Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin, burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır” - Novruzov deyib. Modern.az komitə sədrinə müraciət edib səsləndirdiyi fikirlər ətrafında danışıb.

- Siyavuş bəy, deputatların maaşının artırılması barədə təklifiniz birmənalı qarşılanmadı. Özünüz belə reaksiyanın olacağını gözləyirdinizmi?

- Təbii. Bilirsiniz, bəziləri adətən, arxada deyinirlər, üzdə olanda deyir “xalq”, “millət”, nə bilim nə. Yəni səmimiyyəti olmayan insanlardır. Mən hər bir şeyi açıq şəkildə, səmimi qaydada deyirəm. Özü də məsələnin qlobal mahiyyətini kənara qoyub ancaq əmək haqqından yapışırlar. Bilirdim ki, bundan yapışacaqlar, bəlli məsələdir. Amma mən orda parlamentin gördüyü ümumi işlərin maliyyələşdirilməsi məsələsini qoymuşdum. Tutaq ki, xaricdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilir, istəyirlər burdan kimsə getsin, çıxış eləsin. Biz bu tədbirlərin böyük hissəsinə gedə bilmirik. Ona görə ki, parlamentin büdcəsi buna imkan vermir. “Erməni soyqırımı” ilə əlaqədar erməni diasporu, digərləri vəsait qoyur. Bizim diaspora həmişə bizdən kömək istəyir. Başa düşürəm, ermənilər çoxdan yerləşib 100 ildən artıqdır proses gedir. Biz iki dəfə Berlinə getmişik, Brandeburq qapılarının qarşısında tədbir keçirmişik, bütün alman ictimaiyyəti gəlib, biliblər ki, Xocalı soyqırımı nədir və s. Yaxud dostluq qruplarının işinin təmin olunması ilə bağlı məsələ qaldırmışdıq. Mən Çin-Azərbaycan dostluq qrupunun üzvüyəm. Heç olmasa 5 ildə bir dəfə Çin nümayəndə heyətini dəvət etməliyəm ki, gəlsin, burda reallığı gözü ilə görsün. İnternetlə danışmalı deyiləm ki - o cümlədən Avropanın ayrı-ayrı strukturları ilə. Çünki Avropa ölkələrində olan bizim dostluq qruplarının hamısı müxtəlif Avropa strukturlarında təmsil olunur.

- Siyavuş bəy, siz Bakıya qonaqlar dəvət edəndə öz cibinizdən xərcləyirsiniz?

- Yox. Dəvət edəndə xərclər ümumi büdcədən ayrılmalıdır. Büdcədə də bu imkanlar yoxdur.

- Pul ayrılmır?

- Yoxdur da. Yəni müəyyən hissəyə ayrılır, müəyyən hissəyə yox. İş getdikcə artır, amma büdcə olduğu kimi qalır. Əmək haqqı məsələsinə gəldikdə... Götürək ABŞ-ı. Ən inkişaf etmiş ölkədir, süpürgəçi 1000 dollar alır, konqresmen 17 min dollar. Söhbət məndən, sabah kim seçiləcək, ondan getmir. Söhbət dövlətin strukturundan gedir. Bunu elə qılıncla, nizə ilə qarşılayırlar ki. Burada 125 adamdır. Deyirlər pensiyaçılar... Azərbaycanda 1 milyon 350 min pensiyaçı var. Azərbaycan əhalisinə görə və iş qabiliyyətinə olan insanları götürdükdə təxminən 350 min təqaüdçü olmalıdır. Ancaq indi 4 dəfə artıqdır. Onda biz bu sayı 4 dəfə azaldaq və o halda pensiya 4 dəfə artacaq. O cümlədən ABŞ-da şagirdlərə düşən müəllimin sayı ilə Azərbaycanda şagirdlərə düşən müəllimlərin sayı 4 dəfə artıqdır. 10 milyon əhalisi olan ölkəmizin təhsil sistemində yarım milyona qədər insan çalışır. Sabah attestasiya keçirt, hamısı qaçacaq Milli Məclisin qabağına. Yəni burada obyektiv və subyektiv səbəblər var. Ştatlar vaxtilə şişirdilib, şişirdilib, şişirdilib, gətirilib o həddə çatdırılıb ki, birdən-birə bunların əmək haqqını 100-200 faiz qaldırmaq olmur.

- Siz həm də komitə sədrisiniz. Aldığınız maaş nə qədərdir? Səhv etmirəmsə, 2 min manatı ötür...

- Yox. Əmək haqqı 1100 manatdır, yəni bizdə o qədər də böyük əmək haqqı yoxdur. Bunu elə şişirdirlər ki, elə çıxır biz aləmi alırıq.

- Amma bəzi həmkarlarınız 2 min manat aldığını və bunun bəs etdiyini demişdilər...

- Yox. Bizdə iki hissəyə bölünür. Bir əmək haqqı var, bir də deputat xərcləri. Orda müəyyən xərclər var, məsələn, müalicə xərci və s. “Deputat xərcləri” deyirlər, onlar da üstünə gələndə artır. Yoxsa bunun əmək haqqına aidiyyəti yoxdur.

- Siz maaşınızın nə qədər artırılmasını təklif edirsiniz?

- Mən deyirəm ki, imkan varsa, bu da nəzərə alınsın. Bəzən mətbuat orqanları da düzgün vermir. Məsələn, dövlət qulluqçularının maaşına işə görə faiz əlavə olunur. Tutaq ki, bu qədər işləyibsə, 30 faiz, yaxud 50 faiz əmək haqqı əlavə olunur. Ancaq dövlət qulluqçusu olmadığımıza görə bizdə bu, yoxdur, sırf əmək haqqıdır. Yenə əvvəlki fikrimə qayıdıram. Dünyanın hansı ölkəsini istəyirsən, götür, ən acından ölən Ermənistanı da, ən varlısı Amerikanı da götür, deputatlarla digərlərinin maaşları arasındakı fərq 10-12 dəfədir.

- Amma pensiyaçının təqaüdü, həkim, müəllimin maaşının aşağı olması da faktdır. Bəs, əhalinin digər kateqoriyaları ilə bağlı nə təklif edirsiniz?

- Həkim var ki, ayda rəsmən 30 min əmək haqqı alır. Artıq o həkimdir. Kimsə əlinə diplom götürüb deyirsə ki, “mən də tibb sahəsini bitirmişəm, həkiməm”, amma insanların səhhəti ilə oynayırsa, ona əslində o əmək haqqını vermək də cinayətdir. O cümlədən digərləri. Yəni, biz o sistemdən, o psixologiyadan çıxmalıyıq. Sizin saytda da getmişdi, 3 əməkdar artist münasibət bildirib. Dünyanın hansı yerində artist dövlət büdcəsindən əmək haqqı alır? Müəyyən orkestrlər saxlanılır, qalanları isə özünün istedadına görə qazanır. Cenifer Lopesə dövlət büdcəsindən maaş verirlər? Əksinə, Şakira gedir məktəblər, bağçalar tikir. Bu yaxınlarda sunami olanda bütün tanınmış artistlər bir yerə yığışıb yardım göstərdilər. Yaxud Tarkanın özü. Azərbaycanda da bir sıra şou-biznes adamları özü konsertləri ilə qazanır və xeyriyyə işlərinə də vəsait ayrır. Yəni istedadlı adamlar qazanır. Amma kimin istedadı yoxdursa, ancaq deyinməklə məşğuldur. Mən adımı ştata yazım, oturum heç bir iş görməyim və deyim “dövlət, məni saxla”, biz bu psixologiyadan nəhayət, uzaqlaşmalıyıq. Hər kəs öz qabiliyyətinə, bildiyi işlə məşğul olmalıdır. Bununla da həm digərlərinə xeyir verməlidir, həm də özü qazanc götürməlidir. Teatrda bir rol oynaya bilməyən adam dövlət qarşısında tələb qoyur. Soruşan gərək, onun hesabına 10 nəfər gəlib, bilet alıb tamaşaya baxıbmı? Mən indidən təbil vururam ki, əvvəl-axır buna gəlinəcək, başqa variant yoxdur.

- Amma siz deputatlara tənqidi yanaşanlara qarşı ittiham mövqeyində oldunuz.

- Yox, ittiham mövqeyində deyiləm. Belə çıxmasın ki, biz əmək haqqı davasını aparırıq. Təklif edirik ki, imkan dairəsində bütün sahələrdə artımlar olmalıdır. Cənab prezident ev də verir, təqaüd də verir, ad da. Hər gün bununla bağlı yeni xəbərləri oxuyuruq. Yaşlı nəsil var ki, Azərbaycan mədəniyyətinə qulluq edirlər, onlar daim diqqət göstərilir. Digərləri gətirib özlərini onlara tay etməməlidir. Yəni xidmət göstər, sonra tələb elə! Burada hər şey nəzərə alınır. Bizim işimiz qanun qəbul etməkdir. Qanunu qəbul edirik ki, bunların maraqlarına xidmət etsin. Qalan məsələlər bizlik deyil. Mən müəllim, ya həkim maaşı artıran deyiləm. Mən onların işinin yaxşılaşdırılması üçün qanun qəbul edirəm. Məsələn, mən dəfələrlə müharibə veteranları ilə bağlı məsələ qaldırmışam. Demişəm ki, bunların müavinətləri artırılsın. Oturmuşuq Əmək və Sosial Təminat Nazirliyində, hesablamışıq, görmüşük mümkün deyil.

- Niyə?

- Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim ordan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib.

- Haqqı olan demişkən, şəhidlərin və əlillərin “qan pulu”nun ödənilməsi bu il da mümkün olmadı. Budəfəki büdcə müzakirələrində bu məsələ həllini tapa bilərmi?

- Mən o məsələni də qaldırmışam. İndi sosial təminat büdcəsində yenə məsələ qaldıracağıq ki, bu, əmanətlərin verilməsi ilə əlaqədar daxil olunsun, mərhələ-mərhələ ödənilsin. Bunun üstündən müəyyən dövr keçib. Amma bununla yanaşı, biz büdcəyə daxil edək, məsələn, bu il bir, növbəti il başqa hissə ödənilsin. Təbii ki, bunlar vacib məsələlərdir və həllini tapmalıdır.

- Keçən il demişdiniz ki, büdcə təkcə Samir Şərifov, ya başqasının deyil, hamınındır, ona görə də bütün nazirlər müzakirələrdə iştirak etməlidir. Komitələrdəki müzakirələrə hamı qatılırmı?

- Büdcə hələ komitələrdə müzakirə olunur, sonra plenar iclasa çıxarılacaq. Mən də orda dedim biz burada açıq müzakirə edək ki, plenar iclasa tam hazır şəkildə çıxaraq. O halda bilinəcək ki, nəyi etmək olar, nəyi yox, Çünki dövlətin konkret imkanları var, ancaq eləsini biz bilsək də, eləsini bilmirik. Ona görə də deyə bilmərik ki, bu gün filan sahədə beşqat artım olacaq. Çünki bilmirəm o imkan var, ya yox. O, aidiyyəti strukturlara aiddir.

- Son günlər ən çox danışılan mövzulardan biri kərə yağının qiymətinin artımı oldu, hətta prezident məsələyə müdaxilə etdi və rüsumlar aşağı salındı.

- Təbii ki, biz belə məsələləri müvafiq strukturlarda qaldırırıq və son nəticədə cənab prezident müdaxilə edir. Amma əslində buna qədər o sahəyə cavabdeh olan adamlar bunu qaydasına salmalı idi. Cənab prezidentə kömək, dəstək bundan ibarətdir. Hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsə, həm əhalinin işi qaydasında olar, həm də bir-birinə ötür-ötür olmaz. Bir adam çıxıb açıq şəkildə demir ki, tutalım müəllimin, ya həkimin əmək haqqını 100 faiz artıra bilərəm, ya yox. Artırsam, səbəbi nədir, artırmasam, nədir. Biz bununla bağlı təqdim olunan sənədə müəyyən korrektələr edə bilərik. Yoxsa bunu fundamental olaraq həll etmək səlahiyyəti bizim əlimizdə deyil. Ona görə də hər bir aidiyyəti şəxs özü bunu qaldırmalı və məsələləri həll etməlidir. Etmirlərsə də, insanları başa salmalıdırlar ki, səbəb nədir. Səbəbini izah etməyəndə hamı deyir ki, mənim maaşım, təqaüdüm niyə qalxmamalıdır?..

635x100

Şərhlər

aysberq 2017-11-09 16:30:08

Ey cənabi-deputatı "Yapon imperatoru (Z.H.)" Siz məgər nə vaxtsa xalqın sınıq barmağına çiş etmisiniz??. Sizi xalq seçməmişdir, sizləri təyin edirlər, ona görə də belənçiginə danışırsınız! Bu xarabada qanun şah olsaydı sizlər indi uzununa yox, yana tullanırdınız!!!

omer 2017-11-09 16:30:08

Siyavuw bey siz xadimenin maawini min manat edin.onnan sonra deputatlara otuz minde halaldir

Rafael 2017-11-09 16:30:08

Tepegozun nagilini kim bilir? Bas Qehraman kimdir bu nagilda???

G.M 2017-11-09 16:30:08

Siyavuşun müsbət cəhəti `səmimiliyindədir` .daha çox qazanmaq niyətini etiraf edir.Hətta dediyini yeritməkdən ötrü düz danışmamaqdan da çəkinmir.ABŞ Konqresmeniylə deputatxana sakinlərini eyniləşdirir.Orada Konqresmen 17 min alır,həkim ixtisasından və iş yerindən asəılı olaraq 4500-15000 civarında maaş alır.Müəllim ,təqaütçü də onun kimi.Eyni müqayisəni bütün sahədə aparmaq mümkündü.İndi yazdıqlarımı Qudrətin kirvəsi,Siyavuşun qohumu doxtur oxuyan kimi ``G``hərifini özünəyaraşan şəkildə höcətdiyəcək

Mail 2017-11-09 16:30:08

Allah şefa versin,ele bil siyavuş bey son vaxtlar ağrıyır.Xeyli ferqli görsenir

Abdullah 2017-11-09 16:30:08

g.m qardaş dəqiq məlumatlı olaraq deyim ki,ABŞ da həkimlərin maaşı 20000 dən başlayır 51 000 ə qədər artır.İnanmasanız açın KİV-ni baxın.Səyəvuş məllimin dedikləri boş şeylərdi.

oxucu 2017-11-09 16:30:08

Ay Siyavuş bəy adamın allahı olar.Tibb işçiləri dilənçi kökündə yaşayır. 100-150 manata axşam saat 6 dan o biri gün saat 10 -a qədər yatmayıb ayaq üstə növbədə işləyən tibb işçisinə çaşıb əyər 2-3 manat kimsə dilənçı pulu versə o dəqiqə deyirlər ki rüvət aldın.Olmazmı ki tibb işçilərin artırılması haqqda bir məsələ qaldırasız.onsuzda onların maaşını 100% artırsaz da yenə bir şey çıxan deyil.Yaxşı bəs biz neynəyək yıxılaq ölək deyisənsə ölək də.Nə əynimizə bir paltar ala bilirik nə də düz əməlli yemək.

Dr.AGAOGLU 2017-11-09 16:30:08

MSK-a deputati Siyavus Novruzov bir cox meqamlarda haqlidir.Lakin basa dusulmeyen odur ki,butun bu problemleri kim yaradib ve kim hell etmelidir.150 baldan baslayan ali tehsil sistemi dovlete ve o mutexessin ozune ne vere biler ki?Bunlar deyilmi yerlerde icra bascilarindan uzu yuxari qohumlarin budce sahesinde ise yerlesdirilib rusvet sisteminde oturusdurulanlar.Bunlari hell etmek mesuliyyetini MSK-a protokolu vasitesi ile xalqin adindan siz uzerinize goturmusunuz axi.Sizden basqada hammi gunahkardir.

Siyasi texnoloq 2017-11-09 16:30:08

İqtidar özünü bəzən Azərbaycandan kənar asılı kimi aparır. Təbii ki, büdcəni MN özbaşına tərtib etmir. Dünyada heç bir nazir onu işğalda saxlayan dövlətin büdcəsindən çox maliyyəni xarici kapitala yönəltməyə cürət etməz! Pul və dəyəri bu gün var, sabah yox. Hansı əsri yaşayırıq. Türkiyə kimi özəl dövlətdə məktəbliləri avtobuslar daşıyır. Bu bədxərclik yox, qənaət və mükəmməllikdir. Bunu müəllimə ibarəli diaqnostika qoyan nazirlik hesablamalıdır. Qarabağ siyasəti də, təqaud və maaş da iqtidardan asılıdır.

X 2017-11-09 16:30:08

Desporadan geri qalmirsiz olmaz biznesinizin kicicik bir hissesinden Azerbaycan ucun xercleyesiniz

pensiyaçı 2017-11-09 16:30:08

Müəllimə.süpürgəçiyə,pensiyaçıya əlavə müalicə pulu verilirmi ki. Siyaquş Novruzov ona 1100 manatdan artıq veriləni müalicə xərci hesab edir?Bu adam nə vaxt səmimi olub?Danışığı nə zaman doğru olub ki,hələ ondan uzun müsahibə də alırlar.O çıxışında deputatın maaşının artırılmasından danışıb,MM büdcəsindən yox! Belə deputatıolan ölkə bundan artıq olmaz.2000 manat alır.150-200 manat alan pensiyaçının həyatı onu maraqlandırmır.Əhsən belə "deputata" ! Müqayisəsi isə Amerika ilə.Absurd !

Oqtay 2017-11-09 16:30:08

Əgər sizin işiniz qanun yazmaqdırsa və buna görə sizə maaş verirlərsə onda sizə heç pul düşmür.Özünüz yazdığınız qanunlarla deputatlıqdan çıxandan sonra özünüz yaşaya bilmirsiniz. Adicənə polis serjantı siz yazan qanunu saya salmır budu siz yazan qanun.Şəxsən mən utanaram elə M M oturmağa.Heyf sizlərə verilən pul

TALİS 2017-11-09 16:30:08

SİYAVUS COX SEYLƏRİ DUZ DEYİRSİNİZ MƏSƏLƏN AZƏRYOLSERVİSDƏ 15 MİN İSCİ VAR TƏXMİNƏN. BU İSCİLƏRİN 30-40 FAİZİ BƏLKƏ DƏ COXU ADİ İSDƏ OLUB, OZU İSDƏ OLMAYANLARDİ. VƏ HƏMİN İSCİLƏRİN ƏMK HAQQİSİ RƏİSLƏRİN CİBİNƏ GEDİR. BELƏ MAİYƏ MAXİNASİYALARİNİN QARSİSİNİ KORUPSİYA İDARƏSİ ALMİR ƏKSNƏ SƏRAİT YARADİR. MUDAXİLƏ EDİN MƏNİMSƏNİLƏN BELƏ MALİYƏLƏRDƏN SİZİN VƏ CALİSAN İNSANLARİN MƏK HAQQİ ARTSİN. NƏ VAXTA QƏDƏR OZBASİNALİQLAR TALANCİLİQLAR DAVAM EDƏCƏK MİLLƏT CORƏYƏ MOHTAC OLUNCANMİ? ONAN SONRA SİZ NƏYƏ LAZİMSİZ?

t.ədalət 2017-11-09 16:30:08

Səyəvuş müəllim,müharibə əlilləri və şəhid ailələrinə qaygıdan söhbət gedə bilməz.Jurnalistlər üçün ard-arda binalar tikən ölkə hansı müh.əlilinə və ya şəhid ailəsinə belə bir xeyrxah iş görüb?Nazirlərin mətbuat katibi etdiyi,əslində jurnalistik təhsili olmayanlara bu qədər saygı haradandır? Onlar əllərində silah cəbhədə düşmən önündə dayanıblar?Döyüşlərdə ayagını itirən ,ayaqüstə zorla dayananlara belə növbəsiz yer göstərilmir.Məmurlardan səbəbini soruşanda,"dövlətimiz güzəşt nəzərdə tutmayıb"-deyirlər.

cəngərlik sakini 2017-11-09 16:30:08

ay deputat müəllim bəs dana otaranlara (yəni çobanlara) nə qədər maaş nəzərdə tutulub?

Emin 2017-11-09 16:30:08

Xəstə...Təxəyyülü xəstə varlıq.Bunlarla analoqu olmayan inkişafa qədəm basmaq olar...

ARİF 2017-11-09 16:30:08

CƏNAB SİYAVUŞ BİR ROL OYNAYA BİLMƏYƏN AKTYOU KİM YETİŞDİRMİŞDİ. DÖVLƏT UNİVERSİTELƏRİ ODUR Kİ, DÖVLƏT DƏ ONLARI MADDİ CƏHƏTDƏN TƏMİN ETMƏLİDİR.

GM-ə 2017-11-09 16:30:08

Siyaquşda səmimiyyət var? Onun bütün danışığı cəfəngiyatdır.Millətdən aayrı düşən adamdan nə gözləmək olar?

Руслан 2017-11-09 16:30:08

АРТИСТЫ

Konul 2017-11-09 16:30:08

aa ne ..... adamdi.1100 manat buna azdi bes hekim 150 manat maas alir

REDAKTOR 2017-11-09 16:30:08

MƏSƏLƏ SOSİKADA DƏYİL SİYAVUS MUƏLLİM ADAM GƏRƏK VİNİMATELNİ OLSUN. BU GUN 1100 MANAT SİZİN EHTİYACLARİNİZİ ODƏMƏDİYİ HALDA BƏS BU BİNAVA 3 QRUP ƏLİL 90 MANATA BİR AY AİLƏSİNİ NECƏ DOLANDİRSİN? İSLƏ TƏMİNATİ OLMAYA MİLLƏTİN OVLADLARİNİ OXUMAQ UCUN QAPİSİNDA YUMURTAYAN TOYUĞUNU SATİB TƏHSİL HAQQİ ODƏSƏ DƏ ONA İS YERİ TAPMASİNA NƏ SOZUNUZ? BİR DUZ FİKRİNİZ VAR.DEYİRSİZ HAMİ GƏLƏCƏK MİLLİ MƏCLİSİN QARSİSİNA. ƏVƏT BƏY BU PROBLEMLƏR COZULMƏZSƏ MİLLƏTİN MİLLİ MƏCLİSİN QARSİSİNDA BULUNACAQLAR. GOZLƏYİN!

BAKILI 2017-11-09 16:30:08

Yalan deyirsen sen 1000 manata dolanansan bes kanvertde aldiglarin ne qederdir muftexor

zaur 2017-11-09 16:30:08

siyaquş, siyaQUŞ

Səyavuş bəyə 2017-11-09 16:30:08

Hamı istiqaməti itirib. Müstəqil 5 milyonluq xalq 50 minlik DQarabağ ermənisinin işğalına verilib. Dövlət xalqı, 2 dəfə aktla geri çəkdi. 2000-ci ilə qədər Qarabağ uğrunda güclü siyasi mübarizə aparanlara "yerini göstərdi" ki, bu Dövlətin işidir. Doğma ata-baba mülklərindən qovulmuş artıq iki milyonluq Qarabağ ailəsi belə 23 illik boş vədlərdən beziblər. Popuqayların vaxtsız şüarları hamını yorub və hasarını aşıb oraya yığışanlar belə artıq heç nəyə inanmırlar.

Səlim 2017-11-09 16:30:08

Siavuş bu millət doğrudan da ölümə məhkumdur ki bu millətin aparıcı və tək partiyasınının başında sən durursan. Allahın biz millətə rəhmi gəlsin.

Obyektiv 2017-11-09 16:30:08

Bu da, bunun "mentiqi".. )) Cemiyyetin ziyali tebeqeleri sayilan muellim, hekim, elm saheleri (ichlerinde bezi "day-daylilari" chixmaqla) ashagi mevacible ozlerini gucle dolandirirlar.. bu halda onlar hansi ishlerini keyfiyyetle gore bilerdiler goresen?! Deyirsen: "kohne dushunceden uzaqlashmaliyiq".. Pricem bilikli ya bilmeyeni?! Evvel dolanishiq terzini (praktiki) artirib sonra mukemmel ish teleb eleyerler! 1100 m. dediyiniz ise, sizin MM-den verilen resmi mevacibinizdir...

Ağoppa Atoppayeviç Nax-Nuxzadə 2017-11-09 16:30:08

YAP-ı idarə edən, YAP-çı deputat niyə cəmiyyətdə bu qədər sosial narazılıq və mənfi rəylər yaradır. Onun bir sözü düzdür: bir gün müəllimlər, həkimlər və digərləri bütünlüklə MM-in qabağına toplaşacaqlar. Təkcə Siyavuşa görə yox, həm də xalqı insan yerinə qoymayanlara, ondan ikrah edənlərə, büdcəni talayanlara, moşennik məmurlara öz iradələrini və yumruqlarını göstərmək üçün. Bir də axı lazım olanda hər şeyə pul tapılır, maaşı 50 manat artırmağa yox?Yuxarılar idarə edə bilməyəndə aşağıların üsyanı olur.

Telman 2017-11-09 16:30:08

"Molotov katleti" Amerikadan danışır.Yəqin son zamanlar "Tarixi Nadir"in yarısını oxuyub.

Perviz 2017-11-09 16:30:08

agziniza geleni yazmayin....Ne olar bir az maasi artsa.AZERBAYCANIMDA YASHAMAQ ISTEYENIN KRESLOSU OLSUN GEREK.Hekim kime lazimdir?Muellim kime lazimdir?Hekime getmeye pul yoxsa tehsil almaga imkan.ALLAH BIZE KOMEK OLSUN!!!!

sabiq 2017-11-09 16:30:08

yap yaxsi

abit 2017-11-09 16:30:08

xahis edirem mellimin adini SIYAVUS yazin.Bu insan nece illerdi milletimiz ucun calisanlardandir.

Abitə 2017-11-09 16:30:08

Siyavuş Novruzov uzun illərdir boş-boş çıxışları ilə QUŞ buraxdığından ona Siyaquş deyirlər.Burda nə var ki? Adam özü özünə ləqəb qazanıb. Bir də onun maaşı 1100 manat yox,2000 manat + konvertdir. YAP-dakı maaşı xaric.

Quliyev Elxan Sarı o. 2017-11-09 16:30:08

Səyavuş bəy! Siz bununla fəxr edə bilərsiniz ki, 30 nəfərdən çox şəxslərin suallarına səviyyənizə uyğun cavab verə bilmişsiniz.Xüsusi ilə əmək haqqı barəsində. Sizə bir sualım var.Dövlət imtahanı vaxtı o hansı tələbə olub ki,səkkiz minnətçi və dörd napravleniyadan sonra tarix fənnindən üç qiymət ala bilib və indi də elmlər doxturu və milli məclis deyilən dövlət təşkilatında milli debitor olub?

Son yazılar