«Serbiya və Çernoqoriya 2025-ci ilə qədər Aİ-a daxil olacaq» - Jan-Klod Yunker

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker bəyan edib ki, 10 ildən də az müddətə Serbiya və Çernoqoriya Avropa İttifaqının (Aİ) üzvü ola biləcəklər.

«Mən, dəqiq deyirəm - bu iki ölkə 2025-ci ilə qədər üzv olacaqlar (Avropa İttifaqına - red.)» - deyə, Yunker Brüsseldə jurnalistlərə bildirib.

Avropa İttifaqına rəsmi üzv olmağa namizədlər aşağıdakı dövlətlərdir: Türkiyə (1999-cu ildən), Albaniya (2014-cü ildən), Makedoniya (2005-ci ildən), Çernoqoriya (2010-cu ildən), Serbiya (2012-ci ildən).

Onların üçü ilə danışıqlar artıq başlanıb: Türkiyə ilə 2005-ci ildən, Çernoqoriya ilə 2012-ci ildən, Serbiya ilə 2014-cü ildən.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar