Ərdoğan Aİ ölkələrini PKK-nı dəstəkləməkdə ittiham edib

Aİ ölkələri PKK üzvlərinə sığınacaq verir və onların müxtəlif aksiyalar keçirməsinin qarşısını almır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə deyib.

“Onlar Berlinin küçələrində yürüşlər təşkil edirlər. Parisin küçələrində, Avstriyada yürüşlər edirlər. Aİ guya PKK-nı dəstəkləmir və terror təşkilatı kimi qəbul edir. Əgər bu belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər? Nə üçün separatçı təşkilatın liderinin portretini inzibati binalardan asırlar?”, - deyə R.T.Ərdoğan qeyd edib.

“Avropa ölkələri özlərini elə göstərirlər ki, guya PKK-ya qarşı mübarizə aparırlar, əslində isə dəstəkləyirlər”, - deyə Türkiyə prezidenti əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar