SABİQ NAZİR YENİDƏN İSTİNTAQA ÇAĞIRILDI - Yenilənib (FOTOLAR)

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.

APA-nın məlumatına görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib.

O, 3 saata yaxın dindirilib.

APA-nın əməkdaşı Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən ifadə verib çıxarkən fotolarını çəkib.

* * *

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.

Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov APA-ya E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.

E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.

635x100

Şərhlər

Qarabaglı 2017-11-10 14:41:12

İnşallah bütün memur ve nazirler ele istintaq aparanlarda hmnlz qanun qarşısında cezanızı alacaqsız darxmayın növbe sizede catar bes bu xalqa zülm edeni allah cezalandlrlr kreslada oturmaqla deyil

gem 2017-11-10 14:41:12

bu lap nazir oıan vaxtan da yaxşı yaşıyır

EMİN CAVADOV 2017-11-10 14:41:12

NƏ OLDU BƏS MUSAVATİN MUZDLU MUSAQULUSU DEYİRDİ Kİ 10 DA SABİQ NAZİR HƏBS OLUNACAQ? BUTUN ARZULARİ URƏKLƏRİNDƏ QALAR İNSALLAH. AMMA CALİSİB BİRDƏ SİRADA DURMASİN ARİFİN OĞLU. BU DƏFƏ ONA SAPKASİNİ CİXARMAMAÖA HEC MƏCALİ OLMAYACAQ.

Merdli 2017-11-10 14:41:12

Bu indi ela yaşıyır

OXUCU 2017-11-10 14:41:12

AY POLİS QAĞA BI MAHMUDOV ELDARIN MAŞININ NİYƏ QAPININ AĞZINA QƏDƏR BURAXMISAN.GƏLƏN DƏFƏ QOY MAŞINI SAXLASINNAR VAĞZALIN YAN YÖRƏSİNDƏ GÖYƏRTİ SATIB AİLƏSİNİ DOLANDIRANNARIN YANINDA. NƏ PAXILLIXDI MAŞINA MİNƏNDƏ 5-6 ADAM DA ONUN HARAM YEMƏKLƏ ENLƏNMİŞ KÜRƏYİNİ, BOY BUXUNUNU, YOĞUN BOYNUNU, GÜL CAMALINI GÖRSÜN DƏ.ANCAQ HƏBSXANAYA APARILANDA MAŞINI DÜZ QAPININ YAXINLIĞINDA SAXLAYIRLAR.YOXSA KÜRDƏXANI VORONKASINA MİNDİRMƏK MƏŞQİ, HAZIRLIĞI GEDİR AYƏ?

Cəmşid İrzaquliyev 2017-11-10 14:41:12

Bu Azərbaycanda uzun illəırdir məmur cəzasızlığının nəticəsidir. Onlar zamanında o həddə harınladılar ki, Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı altı aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

seymu 2017-11-10 14:41:12

sahiyyada biyanirciliqlar turyan edir heckima sir deilki mtn nla bu nazirlik amakdashliq edib albir olub vaxt qalar sahiyya nazirinida istintaqa calb edarlar

Genc Molla 2017-11-10 14:41:12

Dünya elə yaranıb ki,hər kəs elədiklərinin cavabını alır.Bəzən bu Dünyada ömrü çatmayanlar..O Dünyaya köçəndən sonra bu dünyada qalan əzizləri onun əməllərinin ``bəhrəsini`` görürlər.``Tağı mallım demiş ``bırcıtmağın`` yeri yoxdur.Eldar da fəailiyyəti dövründə buraxdığı səhvlərin ``hesabını`` verəcək.Demək olmaz ki,MTN-də cəzalananlar hamısı aydan arı-sudan durudurlar.Ancaq heç kimə haqq verilmir ki,cinayətkarı özü istədiyi kimi cəzalandırsın.

oxucu 2017-11-10 14:41:12

YIĞDIN BU DÜNYANIN VARIN DÖVLƏTİN, BAXMAQDAN SAVAYI SƏNƏ NƏ QALDI.

Son yazılar