TANK MÜHARİBƏLƏRİ – Kim daha güclüdür?

“Amerikan ordusu Rusiya və Çinin yeni tankları ilə müharibədə məğlub ola bilərmi?”

1423130974_armata

Tanklar yenidən dəbdədir. 2014-cü ildə Rusiya özünün yeni T-14 ”Armata” tanklarını nümayiş etdirdi. Bu, Sovet İttifaqının dağılmasından sonra yaradılmış ilk yeni modeldir. ”Armata” tankı silahlı qüvvələrin döyüş cərgəsinə 2020-ci ildə qoşulmalıdır, amma istehsalda yaranmış problemlər onu göstərir ki, Rusiya hələlik daha köhnə model olan “T-90” tanklarına üstünlük verəcək.

Bu arada isə Çin özünün yeddi min tankdan ibarət olan böyük tank parkının modernləşdirilməsini davam etdirir. Çindəki müasir tankların sayı cəmi iki min ədəddir. Keçən il Çin döyüş cərgəsinə “ZTZ-96” tankının yeni versiyası “ZTZ-96B” modelini qəbul edib. Çinin bu modernləşdirməsi nəticəsində ABŞ quru qoşunlarının döyüş cərgəsinə 1980-ci ildə qəbul edilən M1 ”Abrams” tankı böyük dövlətlərin orduları arasında ən köhnə tank hesab edilə bilər. İndi digər ölkələrin ordularının tankları “Abrams”ın səviyyəsinə çatırlar və beləliklə də, onlar bu döyüş maşını ilə paritet əldə edirlər. Elə ona görə də, ABŞ M1 ”Abrams”ları əvəzləyəcək yeni tankların yaradılması prosesinə başlayıb.

Rusiyada on ildən artıq sürmüş maliyyə və siyasi qarmaqarışıqlıqdan sonra, onlar indi öz quru qoşunlarının iri miqyaslı bərpası prosesi ilə məşğuldurlar. T-14 ”Armata” tankı Rusiyanın işləyib hazırladığı çoxsaylı layihələrdən yalnız biridir. Hazırda Rusiya özünün zirehli döyüş maşınlarını yeni və müasir nümunələrlə əvəz etməyi planlaşdırır. T-14 “Armata” tankında əvvəlki kimi standart 125 millimetrlik top lüləsindən istifadə edilir. Lakin tankın baş hissəsinin konstruksiyası orada 152 millimetrlik topun yerləşdirilməsinə imkan verir. Təqdirəlayıq məsələ odur ki, əsas döyüş tankının topu avtomatik doldurulur və tank heyətindən heç kim onun baş hissəsində yerləşdirilmir. Tankın müdafiəsini “Afqanit” aktiv kompleksi təmin edir. Bu sistem tankı tankəleyhinə raketlərdən, tankəleyhinə əl qumbaralarından və həmçinin də ABŞ quru qoşunlarında istifadə olunan birləşmiş uran xəlitəsindən ibarət zireh əleyhinə müasir kinetik mərmilərdən qoruyur.

“ZTZ-96” Çin Xalq Respublikasının əsas modernləşdirilmiş tankı olacaq. Bu tank 125 millimetrlik topla təchiz olunub. O, kompozit zireh və hal-hazırda Rusiyanın “T-90” tanklarında istifadə edilən “Kontakt-5” sisteminə oxşar dinamik qorunma mexanizmiylə müdafiə olunur. Göründüyü kimi, Çin özünün köhnə “TİP 96B” tanklarını əvəzləmək üçün daha müasir və bahalı “TİP-99” tanklarının istehsalını artırmaq qərarına gəlib. Öz konstruksiyasına görə “TİP-99” tankı Rusiyanın T-14 “Armata” tankı ilə müqayisədə daha az radikaldır. Çin tank qoşunlarının sayını nəzərə alsaq, onda bu yeni tanklar ciddi modernləşmənin məhsulu sayılmalıdır.

M1 ”Abrams” tankı Amerikanın əsas döyüş tankı olmasına baxmayaraq, onun yaşı artıq ötmüş vəziyyətdədir. “Abrams”ın müxtəlif tipli mərmilərdən istifadə edən yeni və hədəflərə dəqiq tuşlanan 120 millimetrlik topu var. Bundan başqa “Abrams” qumbaraatanlardan və Rusiyaya məxsus köhnə tankəleyhinə idarəolunan reaktiv mərmilərdən etibarlı surətdə qorunan kompozit “Çobhem” zirehi ilə təchiz edilib. İraq şəhərlərindəki döyüşlər “Abrams TUSK” modernləşdirilmiş versiyasına gətirib çıxardı. Nəticədə bu tankın modernləşdirilməsinin axırıncı seriyasında elektrik naqilləri dəyişdirilərək, yeni şəbəkələr əlavə olunub. Amma indi amerikalı hərbçilər “Abrams” tankında mümkün ola biləcək bütün dəyişiklərin və yeniliklərin demək olar ki, hamısını həyata keçiriblər. Bu tankın başlıca problemi onun çəkisidir. ”Abrams” 70 tondur. Bu dünyadakı əsas döyüş tanklarının ən ağırlarından biridir.

ABŞ quru qoşunlarının “Abrams”ları əvəzləmək cəhdləri smetanın nəzərdə tutulan miqyası aşdığına görə dayandırılıb. Modernləşdirilmiş sonuncu “M1A3” versiyası isə, ortalıqda heç görünmür. “Abrams”ın modernələşdirilməsi təxminən 2022-ci ildə həyata keçirilməlidir. Hesab olunur ki, bu, tamamilə yeni və daha qənaətcil bir tankın konstruksiya edilməsi cəhdidir.

Son illər Amerikanın “Abrams” tankları partizanlar və müqavimət qüvvələri ilə vuruşan piyadalara kifayət qədər aktiv dəstək veriblər. Lakin tank qoşunları üçün başlıca təhlükə əsas etibarıyla düşmən tankları deyil, tank əleyhinə raketlər və partlayıcı qurğular hesab olunur.

Ümumiyyətlə, Amerika hərbçiləri nisbətən yüngül, yığcam və daha mütəhərrik zirehli platformaların yaradılması barəsində düşünməlidirlər.

(The National İnterest-ABŞ)

635x100

Şərhlər

Quliyev Elxan Sarı o. 2017-11-10 16:53:42

ABŞ-ın "ABRAMS" döyüş tankının çəkisi 70 tondur.Bəs həmin döyüş zirehlisini yaratdıran, yaradanların və ağıllarının çəkisi neçə tondur? Zəhmət insanlarına yaşamaq və yeyinti məhsulları lazımdır.Qoy bu kimi silahlar onu yardanların öz başlarında partlasın.

Son yazılar