Bakıda 16 mərtəbəli bina yanır, tüstüdən zəhərlənənlər var - FOTO (Yenilənib)

Bakının Binəqədi rayonunda yanğın baş verib.

“Report” xəbər verir ki, 7-ci mikrorayon ərazisində yerləşən F.Məlikov küçəsindəki 16 mərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Xilasedicilər tərəfindən bir neçə azyaşlı binadan çıxarılıb. Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir. Hazırda həkimlər onlara hadisə yerində tibbi yardım göstərirlər. Yanğın hazırda davam edir.

***

Bakıda çoxmərtəbəli bina yanır.

Trend-in məlumatına görə, paytaxtın 7-ci mikrorayon yaşayış məntəqəsində, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada yanğın baş verib.

Şahidlərin sözlərinə görə, yanğın bütün binanı əhatə edib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.

635x100

Şərhlər

Yasar 2017-11-10 22:50:56

Zardabi77/a ,Lilpar MTK-da elemtrik hetler berbad gundedi! Su ambarina saygacsiz -nezaretsiz boru cekilib....Acig ogurlug gedir!Kim bunu yoxlayir?

Son yazılar