“Avropa Birliyi İranla nüvə sazişinin tam yerinə yetirməsini təmin edəcək” - Moqerni

Avropa Birliyi (AB) İranla dünya ölkələri arasında əldə edilən nüvə sazişinin “bütün tərəflərin tam yerinə yetirməsini” təmin edəcək.

Bunu AB-nin xarici siyasət şöbəsinin rəhbəri Federika Moqerini bildirib. O, Özbəkistanın Səmərqənd şəhərində deyib ki, bu saziş “Avropa və beynəlxalq diplomatiyanın böyük uğurudur”. ABŞ prezidenti Donald Tramp ötən ay İranın nüvə sazişini yerinə yetirməsinə zəmanət verməkdən imtina edib. Beynəlxalq müfəttişlərsə Tehranın sənədə əməl etdiyini bildirir.

Tramp İranı sazişin ruhunu pozmaqda günahlandırıb.

Moqherini bu həftənin əvvəlində deyib ki, ABŞ millət vəkilləri Birləşmiş Ştatların 2015-ci il İran nüvə sazişində qalacağına dair işarə veriblər. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması müqabilində ona qarşı iqtisadi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar