TÜRKİYƏNİN “B” PLANI! – “ABŞ Türkiyəni daha çox mühasirəyə alacaq”

Bundan sonra “Şərq-Qərb” qütbləşməsi yeni mərhələyə qədəm qoyur. Qərbin öz hegemonluğunu itirdiyi bir vaxtda, Türkiyə özünü, sanki heç nə baş verməmiş kimi aparır.

Qərbin narahatlığının əsas mənbəyi Türkiyə-İran-Rusiya ittifaqının genişlənməsidir. Bu gün Türkiyə üzərindəki nəzarəti itirən Qərbi çaşqınlıq və qəzəb hissi bürüyür.

Rusiyalı mütəfəkkir, filosof və strateq Aleksandr Duqin öz müsahibəsində deyib ki, Türkiyənin “B” planı olmalıdır, çünki ABŞ, getdikcə Türkiyəni daha çox mühasirəyə alacaq. Onun bu proqnozu nə qədər əsaslıdır?

Aydındır ki, Türkiyəni hər tərəfdən mühasirəyə alırlar. Uzun illər ərzində Türkiyəni asılılıq çərçivəsi altında öz orbitində tutan Qərb sistemi, Türkiyənin bu gün həmin xəttdən ayrılıraraq, müstəqil ölkə kimi hərəkət etməsiylə barışa bilmir. Həm də ki, bu, yeganə səbəb deyil. Yaxın Şərqi itirmək riskinə qarşı ABŞ-ın işləyib hazırladığı “Yeni Yaxın Şərq siyasəti” ilə Türkiyənin yürütdüyü “Yeni siyasi xətt” arasındakı ziddiyyət getdikcə böyüyür.

Əslində isə, ilk çatlaq İraqın işğalı ilə başlayan və regional dövlətləri parçalanmış strukturlara çevirməyə və onlar üzərində maneəsiz nəzarət qurmağa hədəflənmiş siyasət həyata keçirmək istəyən zaman əmələ gəlmişdi.

İndi bu münaqişə Misir, Tunis, Suriya, Liviya, Yəmən, Əfqanıstanı da özünə qataraq, bütün regiona yayılır. ABŞ-ın Türkiyəyə düşmən olan “PKK” və “PYD” kimi terrorçu təşkilatlarla əməkdaşlığa getməsi vəziyyətin geridönməz strateji hal aldığını göstərir.

Hal-hazırda baş verənləri təhlil etmək üçün, yüz il bundan öncə müstəmləkəçilik siyasətinin köməyi ilə bu regionda “süni dövlət –millət” yaradılmasına cəhd göstərən Qərbin milli dövlət qurulması prosesinin gedişində demokratik tələblərlə əlaqədar qarşılaşdığı narahatçılığı anlamaq gərəkdir.

Osmanlı imperiyasını “dövlət-millət” modeli əsasında parçalayan Qərb müstəmləkəçiliyi, regionun zənginliklərini özünə tabe olan “kral”, ”əmir”, ”şeyx” hakimiyyətləri vasitəsiylə istismar etməyi qarşısına məqsəd qoymuşdu. Bu ölkələrin milliləşməsi özü ilə birlikdə bu cəmiyyətlərdə demokratiya tələblərini də gətirdi və nə vaxt ki, ”bahar inqilabları” post-müstəmləkəçi administrativ quruluşları sarsmağa başladı, onda Qərbin siyasətində ciddi dəyişikliklər baş verdi.

Əhalisi müsəlman olan bir ölkə kimi modernləşmə yolunda ciddi addımlar atmış və eyni zamanda da, apardığı demokratik islahatlar və iqtisadi inkişafıyla nümunə halına gəlmiş Türkiyənin Qərb sistemi ilə qurulmuş köhnə ”asılılıq münasibətləri”ni qoparması, demokratik proseslərin nəticəsində baş verəcək. Bu vəziyyət Türkiyədə demokratikləşməyə qarşı çıxan quruluşlarla Qərb sisteminin sürdürdüyü dərin bağların ləğv edilməsini vacib edir.

Qərbin həyacan və narahatlığınıın səbəbi regional dövlətlərin milli bütövlüklərinin qorunması istiqamətində Türkiyənin apardığı müstəqil siyasətdən qaynaqlanır. Türkiyənin bu siyasəti ilə Qərbin strateji tərcihləri arasındakı ziddiyyətlər təsadüfi deyil və bu müəyyən “tarixi dönüşümü” göstərir. Artıq Qərbin etnik və dini əsaslara dayanaraq, Yaxın Şərqi parçalanmış quruluşlara bölmək layihəsi Türkiyənin maraqları ilə uzlaşmır və beləliklə, Türkiyə yeni bir vəziyyətlə qarşı-qarşıyadır.

Qərb hegemonluğunu itirdiyi bir vaxtda, Türkiyə, İran və Rusiya arasında yaranan əməkdaşlığın yalnız Yaxın Şərq ölkələrinin maraqları ilə məhdudlaşmasını düşünmək olardı, lakin burada “yeni tarixin başlanğıcı”nı görmək lazımdır. İrandan Türküstana və bütün Asiyaya, Çinə, Uzaq Şərqə uzanan inkişaf dalğasının səsləri günbəgün daha güclü eşidilir. Türkiyənin “B” planının olmadığını düşünmək mümkünmüdür?

(Akşam qəzeti-Türkiyə)

635x100

Şərhlər

t.ədalət 2017-11-11 12:00:20

Duqin və başqa "dostlar" Türkiyəni,guya, düşünürlər kimi çıxışlar edirlər.Bu,ona bənzəyir ki,"dinc dayanmış öküzü fitə basıb zorla döyüşə atırlar".Türkiyə NATO-nun Şərqdəki ən güclü dayagıdır və belə də olacaq.O kiçik bir səhvə ugrasa,rusiya kimi cəlladla üz-üzə qalacaq.

ARİF 2017-11-11 12:00:20

TÜRKİYƏ, İRANə RUSİYANIN BİR-BİRİNƏ YAXINLAŞMASI ABŞ-IN BELİNİ QIRACAQ. ODUR Kİ,BU DÖVLƏTLƏR MƏZHƏB MƏSƏLƏSİNİ KƏNARA QOYUB ABŞ-I REGİONDAN ÇIXARTMAQ BARƏDƏ DÜŞÜNMƏLİDİRLƏR.

Vüsal 2017-11-11 12:00:20

Neqeder iranln molla rejimi var bir o qeder türkiye ile beraber rusyayada tehlüke var amerika üzde iranla düşmen arxadan ise dostdular iranı olar behane kimi isifade edirler

dadaşyev 2017-11-11 12:00:20

Akşam qəzeti düz deyir,amma sanki "B" planının adını çəkməyə ehtiyatlanır.Qərbdən ehtiyatlanmaq lazım deyil daha,Türkiyənin "B" planı Avrasiya İttifaqına girməkdir.ABŞ və onun nökəri olan Avropa zülmündən qurtulmaq üçün Yaxın Şərq ölkələri üzlərini Avrasiya İttifaqına çevirmişlər,rus sevgisi SSRİ vaxtından qalıb müsliman şərqində,həqiqətən də bütün soyuq müharibə dövründə müsliman Şərqində sakitlik,stabillik vardı.Bütün Şərq Avrasiya İttifaqında olacaq,Şərq isə İstanbul boğazlarından başlayır.Gecikmək olmaz

Kamran 2017-11-11 12:00:20

Men erdogana yagışdan cıxıb yagmura düşmesini istemezdim ilanın agnada qarasınada lenet olsun guya avrasya xeyirli ittiqdır xeyir onu putin özne nöker yaradır avrazya demek rusya demek yeni olma avropa nökeri ol daha sert ve diktatura seksisi saxta olan rusya avrasyası onnansa men amerika avropanı secip orda qalaram

Patriot 2017-11-11 12:00:20

Turkiye hokumeti onu israla gostermek isteyirki,men musteqilem,hec bir terefden cixish etmirem ve edaletli inkishaf movgeyindeyem..teesufki,hegemon olkeler onu teref tutmaga,munaqiwelerden qiragda qalmamaga vadar etmek isteyir..onu guclu,mustegil gormek istemirler!!

Quliyev Elxan Sarı o. 2017-11-11 12:00:20

"İlanın ağına da lənət, qarasına da" deyiblər. Aleksandr duqinlər də 1-ci Pyotrun vəsiyyətini yaddaşında möhkəm saxlayıb.Sem dayının da məqsədi Yer kürəsinə ağalıq etməkdir.Açıq aşkardır ki,fövqəl dövlət uğurunda rusla sem dayı arasında mübarizə pik həddə çatıb. Biz azər türkləri istərdik Türkiyə yaranmış bu xoşagəlməzlikdən qalib çıxsın.

Müfəttiş 2017-11-11 12:00:20

Duqini filosof-mütəfəkkür sayanların səviyyələri eynidir. O, B variantı isə sadə türk vətəndaşlarına deyil, Ərdoğanın hakimıyyətini uzatmağa xidmət edəcək. Qərbin reqionda təsirinin zəifləməsi, neşə-neçə avtoritar rejimlərin yaranmasına gətirib çixaracaq.Bəziləri əlbəttə ki bunu arzulayırlar....

miri 2017-11-11 12:00:20

Rusiya-İran -Turkiyə birliyi formatindan asılı olmayaraq uqursuz layihədir.Cunki bu ölkələrin bir birləri ilə yüz illərdir davam edən "ayırıcı" problemləri var."Düşməninin düşməni mənim dostumdur" prinsipi ilə qurulan birlik "ölü doğulmuş uşaq" kimidir.Gec tez bu kursdan uzaqlaşmaq labüddür.

Türk 2017-11-11 12:00:20

Mən Dadaşyevin və Arifin qardaşımın yazdığı şərhlərlə tam razıyam.Çox təəssüflər olsun ki,bəzi şərh yazanlar tarixi bilmədən şərh yazırlar.Bildirmək istəyirəm ki,zaman-zaman ABŞ və Avropanın məqsədi Türkiyəni parçalayıb zəiflətmək istəyiblər.Əgər şərh yazanlar bunu görmürlərsə heç olmasa bu gün Türkiyənin ətrafında baş verənlərə diqqət yetirsinlər.ABŞ və Avropanin PKK-ya və PYD-yə köməyi göz önündədir.2016-cı ilin çevriliş cəhdi.Bünün arxasında Təriflədiyiniz ABŞ Avropa dururdu.Ərdoğana Putin kömək etdi.

Oğuz 2017-11-11 12:00:20

Xatırladaq, Türkiyə keçən əsrin 50-ci illərində nədən qərbə üz tütmuşdur. Sosialist maskası altında gizlənmiş stalin (provoclav dininə məxsus bir bizançı idi) Türkiyəni işğal etmək və torpaqlarını ermənistan, gürcüstan, kürdüstan yunanıstan arasında bölüşdürmək və ruslarada istanbulu çarqrad adında vermək istəyirdi. Ruslar hələdə özlərini bizansın davamçısı kimi görürlər və özlərini III roma adlandırırlar(bax bu səbəbdən də ermənilərlə xaçlı qardaşlı dostluğu aparırlar amacları türkləri zəyiflətmək yenə istanbulu (çarqradı) qaytarmaqdı) hətta bu işdən ötrü yenə ötən əsrin 40-70-ci illərində PKK teror təşkilatını yaratmışdır. Yəni necə rusiya olursa olsun istəyir manarxiya, istəyir komunist, istəyir demokrat rusiya bunların hamısı başdan tutma imperiyaçılardır və istəkləri İstanbulu işğal etməkdir. Türkiyənin o vaxtkı rəhərliyi dövlət maraqlarını şəxsi maraqlarından üstün tutaraq ölkələrini stalinin qara planlarından uzaq saxlamaq naminə qərar qəbul etmişlər və NATO-ya üzv olmuşlar. Türkiyədə baş vermiş və baş tutmuş hərbi çevrilişlərin hamısında moskvanın Türkiyədə sosializm adı altında gizlənmiş (satın alınmış etnik kökənləri türk olmayan insanlardan ibarət olur) solçu agenturasını əzmək olmuşdur. Həmin hərbi çevrilişlər zamanı o vaxtçı Nato soyuq savaş illərindəki istəyinə əsasən türklərin sovetlərə qarşı dirənməsi üçün üstünlüyü dinə imana verilməsinə yol açmışlar. Bu səbəbdən Atatürkün qurduğu dünyəvi dövlətdə islamçı partiyalara yaşıl işıq yandırılmışdır. AKP-də bunlardan birisidi. Amma zaman ötdükcə yenə bu siyasətə türk olmayanlar bu səfər islamı istifadə etməklə yiyələnmişlər. Türkiyə demokrat bir dövlət idi, orda yaşayan xalq hakimyətdəkiləri seçimlə yuxarı qaldırıb aşağı sala bilirdilər. İndi isə Türkiyədə seçim deyilən bir şey yoxdur, hiylə ilə hakimiyyəti ələ keçirmək vardır. Bilindiyi kimi krallıqlar və həmişə vəzifədə oturan prezidentlər yalnız keçmiş SSRB-də və islam ölkələrində mövcuddur. Bu səbəbdən Türkiyədəki iqtidar seçimlə dəyişilmək istəmir və avrasiya sultanlar və padişahlar itifaqına can atır ki, onlara oxşayaraq ömürlük hakimiyyətdə qalsın. Bu səbəbdən yuxarıda rusları xatırlatdım AKP-nin (bu partiyada üstünlüyü qeyri türklər təşkil edir, kürt,ərəb, çərkəz gürcüdən dönmələr və sairləri, bu səbəbdən onları türklərin və Türkiyə dövlətinin maraqları yox şəxsi maraqları maraqlandırır) hakimiyyətdə qalma arzusu Türkiyə dövlətini rusların tələsinə salacaqdır

Yaşar 2017-11-11 12:00:20

Türkiyənin ruslardan uzaq durması dahada yaxşı olardı hal hazırda rus FSB-nin şah ağenti olan dudin bizdəndə olan bir iki nəfər azərbaycanlını Türkiyəyə apararaq orda perinçək diyilən keçmiş agentlərini fəallaşdırıb və bu başı xarablar avrasiyaçı adıynan Türkiyəni dünyadan tədric olunan rusların yanına itələyirlər.

dadaşyev 2017-11-11 12:00:20

Əlbəttə ki Türkiyə Avrasiya Birliyindən çox daha geniş və perspektivli Şanxay Birliyinə girəcək kimi görünür.Çünki Şanxay Birliyində Çin,Qazaxıstan,Qırğızıstan,Rusiya,Tacikistan, Özbəkistan var,namizədlər də Hindistan,İran,Monqolustan, Pakistandır.Dünya əhalisinin yarıdan çoxudur,dünya torpaqlarının da yarıya qədəridir.Əsası isə tamamilə Şərq Birliyidir.Bu,Avropa,Avstraliya,Afrika Birliklərindən sonra Asiya Birliyidir.Bu birlik də tamamlanarsa ABŞ tək qalacaq,məcbur Amerika birliyi yaratmalı olacaq.

Güləyən Türkə 2017-11-11 12:00:20

20-ci əsrin əvvəllərində bolşevik Rusiyası ilə, Atatürk Türkiyəsi arasında qardaşlıq müqaviləsi ,11-ci Qızıl ordunun Azərbaycanı istilası ilə nəticələndi. Azərbaycanın kövrək müstəqilliyi elə Atatürkün razılıgı ilə əldən verildi. lenin də İnqlabdan sonra Çarın xəzinəsindən Almaniyaya tonlarla qızıl verdi. Bunu Almanlara elə-belə vermədi ki....

Türk 2017-11-11 12:00:20

Bir nəfərin şərhini oxuyanda gülməyim gəlir.Deyirəm görəsən bu şəxsin xəbəri varmı ki,20-ci əsrin əvvələrində Rusiya Türkiyəyə təmənasız olaraq 500 kg qizil rabitə aparatları və digər hərbi silahlar verib.Xatırlatmaq istəyirəm ki,həmən qızılın 50 kq-nı N.Nərimanov Trabzon şəhərin də Türkiyəyə verib,qalan 450 kg-nı isə general Anqarski İstambulda Türkiyə tərəfinə vermişdir.Ona görə də şərh yazmamışdan əvvəl tarixə nəzər salmaq lazımdır.Türkiyə ilə Rusiyanın arasını hər zaman ABŞ və Avropopa vurub.

Türk adı ilə yazana Oğuzdan 2017-11-11 12:00:20

A kişi sovetlər birincisi heç vaxt leqitim dövlət olmamışdır. Hakimyəti seçimlə yox silah gücü ilə almışdır. Sonra Azərbaycanın işğalını yerli çetelərin köməyi ilə revvoenkom adlanan dəstə ilə AXC-nə ultimatım veməklə (Çingiz idırım adında manqurt höküməti təhvil verməsəniz Bakını artileriya atəşinə tutcam deyirdi ) həkimiyyəti ələ keçirdikdən sonra revvoenkom adından leninə yazılı müraciət edərək qoşun yeridilməsini xahiş etmişdir. Yəni Azərbaycanda o vaxt qurulan sovet hökümətidə qeyri leqal hakimiyyəti zəbt etmişdir. Sovetlər gəldikdən sonra zaqafqaziyada yenə komunistlər erməni və gürcülərə işləmişlər. Sovetlərin gəlişinə kimi heç bir ermənistan resp yoxdur. Azərbaycan torpaqlarında heç bir dağlıq qarabağ vilayəti yoxdur. Gəldilər hər şeyi onlar üçün etdilər. Yenədə bic stalin türk dilli xalqların əlifbasını dəyişdirdi. Amma nə cürcü nədə ermənilərin əlifbasını dəyişdirmədi. Bu səbəbdən deyirəm rusların zaqaqaziyada anadoluda məqsədləri min bir hiylə ilə eyni məkirdi III romanı yəni şərqi romanı bərpa etməkdir. Özlərinin sözüdü bütün yollar Romaya aparır. O ki qaldı nərimanovun verdiyi qızıllar dədəsinin qızılı deyildi ki, Bakını zəbt eləyəndən sonra açıq-açıq qarətlə məşğul olmuş o vaxtkı varlı milli sahibkar insanları qarət etmişdir. Vallah kinodakı Gəray bəy düz deyirdi bu komsomolun canı it canıdır, hayasıs-həyasıs hələ sözdə atırlar, a kişi 70 il sovet hökümətində Bakı şəhər başçısına (indi Hacıbalanın oturduğu binanı deyirəm) bir binada tikə bilmədiniz, 1920-ci ildə zorla qəsb etdiyiniz və ələ keçirdiyiniz o tarixi binada oturub erməni katibələrlə Azərbaycanı ağlar qoydunuz. Bundan başqa SSRB 1960-cı ilə kimi xaricə satdığı Bakı nefti ilə valyuta qazandı əvəzində Azərbaycanda bir müəssisə tikildimi məsələn avtomobil zavodu. Gürcüstan və ermənistan avtomobil istehsal edən zavodlar tikilmişdir. Hətta gürcüstan təyyarədə istehsal edirdi Tu-134 mülki təyyarə Su-25 döyüş təyyarəsi.

Son yazılar