"Qida təhlükəsizliyi funksiyası bütün qurumlardan alınacaq..." - Əli Əhmədov

“Qida Təhlükəsizliyi Agentliyi yeni bir qurumdur və onun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, insanlarımızın sağlam qida ilə təmin edilməsi istiqamətində addımlar atılması çox böyük əhəmiyyət kəsb edir”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini , Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində lazım olan hüquqi baza, sənədləşmə başa çatıb: “Artıq hüquqi bazanın yaranması təmin edilib. Güman edirəm ki, yaxın zamanlarda Agentliyin yaradılması, fəaliyyətə başlaması ilə bağlı Azərbaycan prezidentinin müvafiq sərəncamı olacaq. Bütövlükdə bu böyük bir agentlik olmalıdır. Onun böyük funksiyaları, vəzifələri var. Agentliyin yaradılması, fəaliyyətə başlaması xeyli vaxt tələb edəcək. Bir neçə qurumlar tərəfindən qida təhlükəsizliyi funksiyaları həyata keçirilir. O funksiyalar həmin qurumlardan alınaraq vahid mərkəzdə cəmləşəcək. Bütün bunlar həm hüquqi, həm texniki, həm də təşkilatı baxımdan vəzifələrin yerinə yetirilməsini tələb edir".

Onun sözlərinə görə, vəzifələrin bölünməsi, hansı qurumlardan hansı səlahiyyətlərin alınması ilə bağlı iş aparılır.

Ə. Əhmədov qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi öz funksiyaları çərçivəsində nəzarət işini həyata keçirəcək: “Agentliyin əsas vəzifəsi qidanın insanın sağlamlığı üçün təhlükəsizliyinə cavab verməkdən ibarət olacaq”.

635x100

Şərhlər

t.ədalət 2017-11-11 12:13:20

Qida təhlükəsizliyi Agentliyinin nümayədələri ölkləyə gətirilən ərzaq məhsullarını elə gömrük-- keçid məntəqələrində yaxalamalıdırlar.Bazar və magazalarda yoxlama ilə iş bitmir.

Cabir Vəliyev 2017-11-11 12:13:20

Guya ölkədə qida təhlükəsizliyi ilə məşğul olan qurum var? Əgər varsa bu hibrid meyvələr (hərçənd Azərbaycanda öz meyvələrimiz ( alma.armud, feyxoa,apelsin və s kifayət qədər yetişdirilir.Amma onların satışına süni əngəllər törədilir ), kərə yağı adına qarışıq yağ məhsulları və sair necə daxil olur? Kİm və nə üçün buna yol verir? Görəsən Əli Əhmədov bu suallara doğru və əsaslı cavab vermək iqtidarındadırmı? Nə üçün millətin sağlamlığına biu qədər biganəlik göstərilir?

Son yazılar