YASAMALA BAŞÇI TƏYİNATI GÖZLƏNİLİR – Hansı klan qalib çıxdı?

Dörd aydan artıqdır boş qalan Bakının Yasamal rayonunun İcra Hakimiyyətinin başçısı postuna bugünlərdə təyinat gözlənilir. “AzPolitika”ya hökumətə yaxın mənbələrdən daxil olan məlumata görə, Yasamala kimin rəhbərlik edəcəyi məsələsi artıq dəqiqləşib – bu günlərdə Prezidentin müvafiq sərəncamı olmalıdır. Mənbə yeni başçının kimliyini açıqlamasa da, onun hazırda bank sektorunda çalışdığını bildirib.

Bu ipucundan hakimiyyətdaxili klanların Yasamal uğrunda aylardır davam edən mübarizəsindən hansı klanın qalib çıxdığını təxmin etmək çətin deyil. Qələbə, əvvəlcədən də gözlənildiyi kimi, ən şanslı klanın tərəfindədir.

Xatırladaq ki, Prezident İlham Əliyev keçmiş başçı İbrahim Mehdiyevi iyulun 1-də, rəsmi versiyaya görə, Hacı Cavad məscidinin sökülməsini "özbaşına həyata keçirdiyi üçün" vəzifəsindən azad etmişdi. Bu gözlənilməz sərəncamdan dərhal sonra hakimiyyətdaxili qruplaşmalar böyük söküntü-tikinti işlərinin aparıldığı “yağlı tikə” olan Yasamal uğrunda mübarizəyə başladılar. Mübarizənin kəskinliyi və namizədlərin çoxluğu nəticəsində 4 aydan artıqdır ki, Yasamal başsız qalıb. Lakin belə görünür ki, artıq qəti qərara gəlmək mümkün olub.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Dağlı 2017-11-11 13:18:45

Narahat olmayın,bir rüşvətxor gedib,digəri gələcək.Tələsməli bir hal yoxdur.Bu 20 ildir belə olub və belə olacaq.

Türk 2017-11-11 13:18:45

..... klanlardan biri qalib gələcək. Bunlar əhaıinin 20 faizidir. QalaNLARI DA DƏNİZƏ TÖKMƏK laımdır.

Yasar 2017-11-11 13:18:45

Lilpar Mtk-da,Zardabi77/a unvanda teze binada su ogurlugu gedir,saygacsiz su borusu cekilib...

Soltan 2017-11-11 13:18:45

"Dağlar" MTK-nın təsisçisi Çingiz Rzayev aldadıb pullarını ələ keçirdiyi zərərçəkmişlərin yanında quş bıraxıb deyib ki, tezliklə Yasamalın icra başçısı olacam və orada əlimə keçən evlərdən vətəndaşlara verib halallaşacam. İndi zərərçəkmişlər gözləyirlər.

Arif 2017-11-11 13:18:45

RUSHVET-KORRUPSIYA, MONOPOLIYA, QOHUMBAZLIQ, YERLICHILIK, OZBASHINALIQ, QUDURQANLIQ, MADDI MARAQLAR NAMINE, QANUNLARIN ICRASINA MANECHILIK, HIMAYEDARLIQ, FIRILDAQCHILIQ, RUSHVETXOR REIS MEMURLARI MUXTELIF RAYONLARA YERDEYISHME ILE EYNI VEZIFEYE TEYIN EDEREK, XALQI HIYLEGERLIKLE ALDATMAQ METODUNUN TETBIQI, MEMURLARIN, MILLI MECLIS DEPUTATLARININ, OLIQARXLARIN, NAZIRLERIN VE ONLARIN AILE UZVLERININ EMLAKI, VAR - DOVLETI BAREDE MECBURI DEKLARASIYA QANUNU OLMADIQI - BOYUK TEHLUKEDIR AZERBAYCANA.

Azərbaycanlı 2017-11-11 13:18:45

Niyə bir neçə aydır bir ErAZ və ya Naxçıvanlı tapılmır ki, bu məsələ bitsin.Ay millət heç özünüzü yormayın.tapılıb ortaya çıxarılan kimi təyin olunacaq.Elə bilməyin ki, bir əsl Qubalı, Gəncəli, Qğuzlu və ya Yardımlıdan bacarıqlı bir şəxs gətiriləcək.Bu indiki YAP dönəmində ( hərçənd məhkəmə v prokurorluq YAP-çıların işləri ilə dolub,daşır)sırf Azərbaycanlı vəzifə başına gətirilməsi mümkün deyil.

Son yazılar