Salyanda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb

Qezada-sinmish-padpres-180912Salyanda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin avtovağzal yaxınlığında qeydə alınıb.

Belə ki, rayonun Marışlı kənd sakini, 56 yaşlı Xalıq Abduləzim oğlu Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2106”nın sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar