«Rusiya ilə münasibətlərin yaxşılaşması mümkündür» - Bolqarıstan Pezidenti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Bolqarıstan Prezidenti Rumen Radyev bəyan edib ki, «keçmişin ağır irsi»nə baxmayaraq, Rusiya ilə Bolqarıstan arasında münasibətlərin pozitiv inkişafı mümkündür.

Bolqarıstan milli televiziyasına verdiyi müsahibədə Prezident «mehriban» münasibətlər üzərində işləyəcəyini vəd edib.

«Mən, keçmişin ağır irsinə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin mehriban inkişafına inanıram və bunun üzərində işləyəcəm» - deyə, Prezident qeyd edib.

Prezident həm də Bolqarıstan paytaxtında vandalların sovet ordusu abidəsinə hücumundan və Rusiyalı nümayəndələrin tərixi məsələlər üzrə səslədirdikləri fikirlərdən sonra, Moskva ilə Sofiya arasında yaranmış gərginliyi şərh edib.

Onun sözlərinə görə, tarixi abidələrin təhqir edilməsi yolverilməz olduğu kimi, Rusiya rəsmi nümayəndələrinin Bolqarıstan tarixinə dair yanlış şərhləri də qəbuledilməzdir.

635x100

Şərhlər

t.ədalət 2017-11-11 23:50:25

Bolqarıstan rusiya üçün ikinci ermənistandır."Türk təhlükəsi ilə" aldadıb ələ keçirir..

Son yazılar