Son 2 gün ərzində Braziliyanın 34 həbsxanasında qiyam başlayıb

Braziliyanın 34 həbsxanasında son 2 gün ərzində qiyam başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bir çox həbsxanada qiyamən qarşısını almaq mümkün olub. Ən ciddi qiyam Parana ştatında olan həbsxanada baş verib. Burada qiyamın qarşısı alınarkən 2 məhbus həlak olub.

Qeyd edək ki, 2017-ci ildə Braziliyanın bir sıra həbsxanasında qiyamlar baş verib. Yanvar ayının 1-də Manaus ştatında ölkə tarixində ən böyük qiyam baş verib. Qiyam nəticəsində 56 nəfər həlak olub. Yanvarın 6-da Rorayma ştatında yerləşən həbsxanada baş verən qiyamda isə 33 məhbus həlak olub. Yanvarın 14-də isə Riu-Qrandi-du-Norti ştatında baş verən qiyam nəticəsində 26 nəfər həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar