"Çin KXDR-ə qarşı sanksiyaları sərtləşdirməyə hazırdır" - ABŞ prezidenti

Çin KXDR-ə qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter"dəki mikrobloqunda yazıb.

Trampın sözlərinə görə, Çin sədri Si Çzinpin Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək niyyətində olduğunu bildirib. Birləşmiş Ştatların prezidenti əmindir ki, bu qərar Koreya yarımadasının denuklarizasiyası (nüvə silahından azad edilmə - red) prosesi ilə əlaqəli ola bilər.

Trampın sözlərinə görə, beləliklə, irəliləməni müşahidə etmək olar.

Xatırladaq ki, Çin sədri Si Çzinpin Cənubi Koreya rəhbəri Mun Çje İnlə görüşündə Seulu KXDR rəhbərliyi ilə dialoqu davam etdirməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar