"Biz ABŞ-dan "bunun arxasında kim var" deyə soruşmadıq..." - Baş nazir

binali yildirimTürkiyənin baş naziri Binəli Yıldırım CNN-ə müsahibəsində ABŞ-a sığınmış FETÖ lideri Fətullah Gülənin təhvil verilməsində yaşanan problemə toxunub.

Strateq.az xəbər verir ki, o, "Məlumat var ki, Türkiyənin ABŞ-a təqdim etdiyi sübutlar əsaslı və inandırıcı deyil" sualına belə cavab verib:

"Bu cür iddiaları biz də eşitmişik, amma sizə bunu söyləyə bilərəm. 15 iyulda bir çevriliş cəhdi oldu, bənzər bir hadisə də 11 sentyabrda ABŞ-da baş verdi. O zamanın prezidenti Buş ABŞ-ın hücum altında olduğunu elan etdi. Türkiyə dərhal yardım təklifini etdi, üstəlik, Əfqanıstana hərbi qüvvə göndərən ilk ölkə olduq. Biz "bunun arxasında kim var" deyə soruşmadıq. ABŞ isə sonradan "bu hücumun arxasında əl-Qaidə var, onlar cavabdehdir" dedi. Kimsə bundan sonra ABŞ-a "Bunu əl-Qaidəninn elədiyinə dair dəlil varmı" deyə sual belə vermədi…".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar