Ağstafada yol qəzası baş verib, sürücü xəsarət alıb

Ağstafada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qıraq Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Qəza həmin kəndin 1986-cı il təvəllüdlü sakini Qüdrət Elxan oğlu Yusifovun idarə etdiyi "VAZ" markalı avtomobili maneəyə çırpması nəticəsində baş verib. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağsatafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar