Türkiyənin Baş naziri Trampın siyasətini tənqid edib - «Sülhə xidmət etmir»...

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərq siyasətini tənqid edərək deyib ki, bu siyasət bölgədə sülhə və sabitliyə xidmət etmir.

Baş nazir qeyd edib ki, Birləşmiş Ştatlar suriyalı kürdlərə hərbi köməklik göstərir, Türkiyə isə onları terrorçu elan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli bilir. Məhz bu fərqli yanaşma Ankara ilə Vaşinqtonun münasibətlərində gərginiyə səbəb olur.

«Marksizm-Leninizm təmayüllü bütün bu kürd qrupları Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhlükədir. Ancaq «İslam dövləti» qruplaşmasına qarşı «mübarizə» məsələsində Vaşinqton məhz kürd qrupları ilə əməkdaşlıq edir. Hesab edirəm ki, Vaşinqtonun hazırkı siyasəti bölgədə sülhə və sabitliyə xidmət göstərmir» - deyə, Yıldırım CNN telekanalına müsahibəsində bəyan edib.

Baş nazir eyni zamanda, ABŞ-ın İrana yönəlik siyasətini də kritik qiymətləndirib: «Donald Tramp başda olmaqla, ABŞ-ın yeni administrasiyası İranla qarşıdurmaya meyllənir və nüvə proqramı üzrə məlum sazişi ləğv etməyə cəhd göstərir. Düşünmürəm ki, bu, hüquqi baxımdan ABŞ-a nəsib olsun, çünki söhbət çoxtərəfli sazişdən gedir...».

O, əlavə edib ki, Avropa dövlətləri Trampın İrana yönəlik mövqeyini bölüşmürlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar