ABŞ və Vyetnam şirkətləri 12 mlrd. dollar məbləğində ticarət sazişi imzalayıblar

ABŞ və Vyetnam şirkətləri Amerika prezidenti Donald Trampın 11-12 noyabr tarixlərində respublikaya rəsmi səfəri zamanı 12 mlrd. dollar məbləğində ticarət sazişi imzalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iki ölkənin bazar günü yayılan birgə bəyanatında bildirilir.

Ölkə liderləri ABŞ maye qazının Vyetnama tədarükünün müzakirəsi də daxil olmaqla energetika sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər. Bundan əlavə, Birləşmiş Ştatlar günəş enerjisinin inkişaf etdirilməsində Vyetnama köməklik göstərməyə hazır olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar