HANSI DAŞI QALDIRSAN, ALTINDAN BALA HEYDƏR ÇIXIR! – “Axı sən nə vaxt professor oldun, bəlkə deyəsən?”

“AzPolitika”nın redaksiyasına qalmaqallı iş adamı, “Qorqud Holdinq”in prezidenti Heydər Əliyevin (Bala Heydər ləqəbilə məşhur) “qanunsuz və insafsız əməllərindən, böhtançılığından zərər çəkən insanların” harayından bəhs edən məqalə təqdim olunub. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəri başdan bəyan etməklə, həmin məqaləni təqdim edirik:

Haşiyə: Günlərin bir günü Məhəmməd Peyğəmbər (Ə.S.) Məkkədən Mədinəyə gedərkən yol kənarında bir qadının kənd camaatı tərəfindən daşa basıldığını görür. Yaxınlaşıb qadından soruşur ki, nəyə görə sənə daş atırlar, günahın nədir? Xanım buyurur ki, Ya Rəsul Allah, mənim heç bir günahım yoxdur, amma bircə onu bilirəm ki, mənə daş atanların hamısı Allah Təalanın günahkar bəndələridir.

Bu haşiyəni ona görə xatırlatdım ki, qoy geniş oxucu kütləsi bilsin və agah olsun ki, qəlbi, sanki ocaq-çıraq söndürmək, qara yaxmaq, böhtan atmaq, şərləmək eşqi ilə döyünən, yeddi dəfə Həcc ziyarətində olan Bala Heydərin təqiblərinə, təhqirlərinə, ölüm, həbs hədələrinə, eləcə də hiylələrinə məruz qalan insanların əksəriyyəti namuslu, pak əməlli adamlardır.

HEYDƏR ƏLİYEV KİMDİR?

Faktlara nəzər salaq: Heydər Həsən oğlu Əliyev ötən əsrin 80-ci illərində bir neçə il Naxçıvanda Şəhər Sovetinin sədri işləmişdir. Qüsurlu fəaliyyətinə görə Naxçıvan Vilayət Partiya Komitəsinin büro qərarı ilə tutduğu vəzifədən uzaqlaşdırılmış və Naxçıvan Şəhər Prokurorluğu xeyli müddət onun işdə yol verdiyi qanunazidd əməllərini yoxlamışdır.

SSRİ-nin süqutu illərində kooperativ hərəkatı dövründə Naxçıvan ali hakimiyyət orqanlarının, eləcə də kooperativ sədrlərinin məlumatı və iştirakı olmadan, o, saxta yolla özünü Muxtar Respublika Kooperativlər Birliyinin sədri elan etmiş, saxta yolla möhür, ştamp düzəltdirmiş və sonda ifşa olunmuşdur.

O, 90-cı illərdə “Naxçıvan Türk Bankı”nı təsis etmiş, əmanətlərini bu banka etibar etmiş insanların – o cümlədən ahılların kəfən, dəfn mərasimi üçün banka yatırdıqları pulları mənimsəyib Bakıya qaçmış, ayrı-ayrı ünvanlarda gizlənmişdir. Heydər Əliyevin bu əməli 1998-ci ilin may ayında “Azadlıq” və 2014-cü ilin avqust ayında “Bizim Yol” qəzetlərində işıqlandırılmışdır.

“Bizim Yol” qəzetində həmin məsələlərlə bağlı Heydər Əliyevlə dərc olunmuş müsahibədə bir məqam xüsusilə diqqəti cəlb edir: Müsahibə zamanı Bala Heydərdən əmanətçilərin pullarının mənimsənilməsi, “Naxçıvan Türk Bankı”nın Müşahidə Şurasının sədri İbrahim Aydının sirli ölümü və onun nəyə görə İranda 2 ay zindanda saxlanıldığı barədə müxbir suallar verəndə, o, dizlərini yerə vurub, “Bunları yazma” deyə, yalvarmağa başlamışdır!

Çox güman Bala Heydər düşünür ki, illər keçdi, onun 90-cı illərdə Naxçıvanda törətdiyi qanunsuz əməlləri ört-basdır oldu. Əsla yox! Çünki o, hələ də belə əməllərini davam etdirir. Sahibi olduğu “Atlas” klinikasında, bu yaxınlaradək icarədarı olduğu “Şərq bazarı”nda, “Qorqud” hoteldə və digər xidmət sahələrində işlətdiyi personalı İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələblərinin ziddinə olaraq əmrsiz, müqaviləsiz əməyə cəlb edir, aylarla, illərlə onlara əməkhaqqı vermir, işçilərin adına kreditlər götürür və sonradan isə onları işdən uzaqlaşdırır. Aldadılan belə işçilərin böyük əksəriyyəti bu gün də məhkəmələrə “ayaq döyürlər”.

Əgər kimsə pozulmuş əmək hüquqlarının müdafiəsi ilə əlaqədar ali hakimiyyət və ya hüquq-mühafizə orqanlarına şikayət edirsə, Heydər dərhal şər-böhtan maşınını işə salır, həmin şəxsi şərləməyə, ona qara yaxmağa başlayır və müvafiq orqanlara göndərdiyi məktublarında standart qaydada bunları yazır: “Hüquq-mühafizə orqanları onun barəsində təhqiqat işi aparır, ona cinayət işi başlanılıb və ya, o, haram yolla pul qazanmaqla məşğuldur”. Lakin dəlil-sübut göstərmir. Necə deyərlər, özü saxtakar, dələduz və çox istedadlı böhtançı, lazım gələndə isə adını özgələrə qoyur!

Lakin hər şeyin bir zamanı var! Vaxtı çatanda, onun da əməllərinə hüquqi qiymət veriləcək. Özü də o gün uzaqda deyil!

Bala Heydərin çirkin əməlləri, saxtakarlığı barədə danışmaq üçün bəlkə də saatlar, sutkalar lazım gələ bilər. O, 1997-ci ilin noyabr ayında “Şərq bazarı” kompleksini 50 il müddətinə icarəyə götürmüşdü. Hesabatlarında göstərib ki, guya 40 ilin icarəhaqqını əvvəlcədən ödəyib. Lakin 20 il ərzində bir manat da olsun icarəhaqqı ödəməyib!

ÖZÜNÜ KİMİN ADIYLA SIĞORTALAYIR?

Naxçıvanın hamısı, Bakının da yarısı bilir ki, Bala Heydər neçə illərdir özünü çox yüksək post tutan nüfuzlu bir şəxsin qudası kimi təqdim edərək, onun nüfuzundan yararlanır və istədiklərinə nail olur.

Belə ki, məhkəmələrdə qalib gəlir, icarədarı olduğu bazarın icarəhaqqını vermir, bazarın yaxınlığında Nərimanov Rayon Prokurorluğuna tikilməli olan inzibati binanın tikintisinə müqavimət göstərir, Azərbaycan Beynəlxalq Bankına, “AG Bank”a, VTB Banka olan müddəti ötmüş milyonlarla kredit borclarını qaytarmır, vergidən yayınmaq məqsədilə hesabatlarında 300 nəfər işçini 23 nəfər göstərir, “Atlas” klinikasını, klinikanın Nizami rayonundakı və Sumqayıt şəhərindəki filiallarını xeyli müddət lisenziyasız işlədir (Hazırda bu filiallar fəaliyyət göstərmir), hər yerdə özünü professor, elmlər doktoru kimi tanıtdırır və sairə. Lakin bircə nəfər tapılmır ki, soruşsun: Ay Heydər, axı sən nə vaxt professor olmusan, hansı elmdən doktorluq dissertasiyasını müdafiə etmisən, bəlkə deyəsən?

Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Ali Attestasiya Komissiyasına sorğu göndərib, alınan cavabı ictimailəşdirmək pis olmazdı. Azərbaycan elmini bu qədər ucuzlaşdırmaq olmaz!

Bala Heydər yaranmış şəraitdən, eləcə də, cəzasızlıq mühitindən sui-istifadə edərək, çirkin əməllərlə məşğul olur, insanları həbslə, ölümlə hədələyir, at oynadır, “mənəm-mənəm” deyir, 70 yaşında özünü çox ərköyün aparır. Bütün bunlar da insanları düşündürür ki, görəsən Bala Heydərə toxunulmazlıq xüsusi statusunu verən kimdir, o hansı səviyyədə və kim tərəfindən idarə olunur?

Onun saxtakarlığı, insanlara böhtan atması barəsində istər Daxili İşlər Nazirliyində, istərsə də Baş Prokurorluqda kifayət qədər materiallar olduğu halda, görəsən hansı səbəbə görə onun əməllərinə hüquqi qiymət verilmir? Barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə açılan cinayət işi isə məntiqi sonluğuna çatdırılmır. Onun müxtəlif üsullarla insanları aldadaraq pulunu, mülkünü ələ keçirməsi, əməkhaqlarını verməməsi sosial gərginliyi daha da artırır. Bundan isə sarsılan dövlətçiliyimiz olur. Sual olunur: Necə olur ki, qonşusunun toyuğunu oğurlayana dərhal cinayət işi açılır, lakin Bala Heydər cəzasız qalır?

Məsələn, bir vaxtlar onun təsisçisi olduğu “Atlas” klinikasında maliyyə direktoru işləyən Həsənova Rahilə Qazıxan qızı nəinki ona verdiyi 30 000 ABŞ dolları borcunu ala bilmir, üstəlik 8 aylıq əməkhaqqısı da verilmir. Bu sırada “Atlas” klinikasında hüquqşünas işləmiş və 1 ildən artıq əməkhaqqısını Bala Heydərdən ala bilməyən Tofiq İbrahimovu, USM həkimi işləmiş, 8500 manat əməkhaqqısını ala bilməyən Cəbrayıl Eynalovu və terapevt işləmiş Nahid Məhərrəmovu da göstərmək olar.

Başqa bir misal: “Atlas” klinikasında USM həkimi işləmiş Fərəcov Azər Tofiq oğlu istifadə etdiyi USM tibb avadanlığının müasirliyi onu razı salmadığından, nəticədə yalnış diaqnozlar qoyulduğundan könüllü olaraq burdakı işindən uzaqlaşmış, başqa tibb müəssisəsinə üz tutmuşdur. Bala Heydər isə dərhal onun adına saxta müqavilə tərtib etmiş və orda qeyd etmişdir ki, Azər Fərəcov 2017-ci ilə qədər mütləq “Atlas” klinikasında işləməlidir və müqavilənin şərtlərini pozduğu halda 50 000 manat təzminat ödəməlidir. Həmçinin, o, Azər Fərəcovu məhkəməyə də vermiş, üstəlik hədələməkdən də çəkinməmişdir. Özünə qarşı saysız-hesabsız dələduzluq ittihamları olduğu, rəsmən cinayət işi açıldığı halda, Bala Heydər “Atlas” klinikasının rentgenoloqu işləmiş Vəliyeva İradə Şamxal qızını dələduzluq ittihamı ilə həbs etdirib. Bir vaxtlar onun yanında kadrlar şöbəsinin müdiri işləmiş Elşən Ələkbərovu isə, onun əxlaqına uyğun olmayan böhtanlarla ləkələməyə çalışmış, az qala onun ailəsinin dağılmasına səbəb olmuşdu. Bala Heydər tərəfindən bütün əmlakı əlindən alınan Ülviyyə Abdalova isə günü bu gün də məhkəmələrə ayaq döyür.

Yuxarıda qeyd etdik ki, Bala Heydər “Şərq bazarı”nı 50 il müddətinə icarəyə götürmüşdü və bazar onun şəxsi mülkiyyətində olmadığı halda özbaşınalıq edərək bazarın böyük bir hissəsini (2 kümbəzini) “Atlas” klinikasına birləşdirmişdir.

Çox güləməlidir, bazar hara, klinika hara?...

O da maraqlıdır ki, Dövlət Əmlak Məsələləri Komitəsinin sədri cənab Kərəm Həsənov bütün bunlardan xəbərsizdir, yoxsa...

Qoy oxucu özü nəticə çıxarsın ki, bazar layihəsilə tikilən qurğuda tibbi müəssisə yaratmaq olarmı?

Bu, bilirsinizmi nəyi xatırladır? Hamımız bilirik ki, neçə yüz illərdir sazı tut ağacından, qara zurnanı isə ərik ağacından düzəldirlər. Sazbənd yanılıb sazı ərik ağacından düzəldəndə saz zurna səsi çıxardır. Elə məhz buna görə də, Bala Heydərin tibb müəssisəsi “vosmoy bazarı”nı xatırladır, qiymətlər fantastik olsa da, tibbi avadanlıqlar sınıq-salxaq, diaqnozlar yalnış, klinikanın binası isə qeyri-standart. Bir sözlə, “Atlas” klinikası Azərbaycan səhiyyəsinə sadəcə olaraq istehza, gözdağıdır!

Ona görə də tanınmış həkimlər bir-birinin ardınca klinikanı tərk edir, pasiyentlər isə günü-gündən qıtlaşır. Soruşmaq lazım gəlir ki, görəsən Səhiyyə Nazirliyi hara baxır, nəyi gözləyir? Axı, 2014-cü ilin dekabr ayında nazirlik adıçəkilən klinikanı baş alıb gedən qanunsuzluqlara, özbaşınalıqlara görə qapatmışdı. Cənab Oqtay Şirəliyev, görəsən hansı səbəbdən 1 aydan sonra “Atlas” klinikasının fəaliyyətinə yenidən razılıq verdi?

Bunlar azmış kimi, Bala Heydər 2014-cü ilin iyun ayında Sumqayıt sakini Quliyev Əhməd Feyruz oğlu ilə müqavilə bağlayaraq, Sumqayıt şəhərində ona məxsus 3 mərtəbəli obyekti icarəyə götürmüş və burda “Atlas” klinikasının lisenziyasız filialını yaratmışdır. O, Əhməd Quliyevə təklif etmişdir ki, icarə haqqını 1000 manat dəyərində rəsmiləşdirsinlər, lakin “kişi kimi” söz vermişdir ki, hər ay bundan əlavə ona 4 min manat ödəniş edəcək. Heydəri yaxından tanıyanlar çox gözəl bilirlər ki, Allah, ona verdiyi canı da ondan ala bilmir! Əhməd Quliyev ümumiyyətlə ondan pul ala bilmədi və məhkəmə yolu ilə obyektini birtəhər Bala Heydərin “işğalından” azad edə bildi...

Yuxarıda da qeyd etdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi artıq “Şərq bazarı”nın 50 il müddətinə icarəyə götürülməsi ilə bağlı Bala Heydərlə 90-cı illərdə bağlanmış müqaviləni ləğv edərək, bazarı başqa şəxsin icarədarlığına verib. Lakin “Şərq bazarı” kompleksinə daxil olan “Şərq” oteli (Hazırda “Qorqud” otel adı ilə fəaliyyət göstərir) isə hələ də Bala Heydərin sərəncamındadır. Yeri gəlmişkən, bu oteldə hansı əxlaqsızlıqların baş verdiyini bilməyən yoxdur. Elə 2 gün əvvəl məhz bu oteldə iranlı turistlə fahişə arasında baş verən dava haqda KİV-lərdə yazılanları yada salsaq, kifayət edər...

Ən maraqlısı isə odur ki, Bala Heydərə heç Fövqəladə Hallar Nazirliyi də bata bilmir. Belə ki, Binəqədidəki məlum yanğın olayından sonra Prezidentin tapşırığı ilə bütün binalardan penoplast üzlüklər sökülsə də, Bala Heydər FHN-in tələbinə məhəl qoymur və “Qorqud” otelin penoplast üzlüklərinin sökülməsinə imkan vermir.

Yenə də sual olunur: Axı o, kimə arxalanaraq bu qədər qanunsuzluqlar edə bilir? Bala Heydərin özbaşınalığı nəvaxtadək davam edəcək?

A.Qaraçuxurlu

635x100

Şərhlər

ELVIN 2022-05-21 22:28:11

BALA HEYDER VE OQLU NIHAT QANUN QARSINDA CAVAB VERMELIDIRLER ....

Hecer 2022-05-19 15:19:15

BALA HEADERS OQLU NIHAT DELEDUZUN BIRIDIR HAMMING PUKING KESTREL VERMIN OZUNU YAXSI OGLAN GOSTERIR ALLAHSIZIN BIRIDIR

Emin 2022-05-05 15:11:22

BALA HEYDƏR VƏ ONUN OĞLU DƏLƏDUZLAR.....

Vətəbdaş 2022-03-15 06:45:50

Bala heyder cox arbadbazdı

Anar 2020-07-30 13:13:09

Bala Heyder düz adam deyil...

Millət 2017-11-13 10:44:05

Vallah bu Azərbaycanlı xalq yazıqdır.Onu gah ruslar,gah ermənilər,gah yarım ermənilər və nəhayət kürdlər soyur. Kim kimin adamıdır? Bunu kim bilmir ki?Amma, müdafiəçisi(arxası ) güçlü olduğundan davam edir.İnşaallah bir zaman gələr.bu xalqa da arxa duran olar.

G.M 2017-11-13 10:44:05

Əxlaqı qüsurlu insanlar bu dövrün tapıntılarıdırlar.

COXBILMISH 2017-11-13 10:44:05

Biri var adi....di ona arxaindi

ismipünhan 2017-11-13 10:44:05

Gerçək Bala Heydər səhnəyə çıxan kimi birinci onu zərərsizləşdirəcək)))

B/Qaraçöllü 2017-11-13 10:44:05

Hörmətli A.Qaraçuxurlu, zaman dəyişib və kiməsə şan-şöhrət və kiməsə onun adından sui istifadə sərf edirmiş. kimi "Axı, nə gedib, bağdan gedib, bostandan gedib". K.Həsənov və Q.Şıraliyev Bala Heydərə qurban getməyə hazırdılar. Təbii sərvətlərə, maliyyə kapitalına və hətta Qarabağ siyasətinə nəzər salsanız, özəl münasibət eynidir. "Təki mənə və haqqıma toxunmasınlar".

Vətəndaş 2017-11-13 10:44:05

BU ŞƏXS QAZ-31 MARKALI 85 AA 008 NÖMRƏLİ AVTOMOBİLLƏ BİR XANIMIN YAŞADIĞI NƏSİMİ RAYONUNDAKI 50 NÖMRƏLİ MƏNZİLDƏ UZUN MÜDDƏT .... AXIRDA DA ...

Azərbaycanlı 2017-11-13 10:44:05

Beləsi bir deil,be deyil.Azərbaycan.... Baxın,İcra başçıları,Polis rəisləri,Gömrük.Əmlak , Milli Məclis,Prokurorluqvə digər rüşvət,monopoliya, büfcə yeyintiləri olan idarələrin kadr tərkiinə.Sanki,AZərbaycanda başqa şəhər,rayon əhalisi olmayıb və yoxdur.

XİDMƏTDƏN 2017-11-13 10:44:05

Kərən Həsənovun bala heydərin 1997-ci il bazarı icarəyə götürməsi müqaviləsindən xəbəri olmadığı qeyri mümkündür.Yaqin aralarında 50/50 faiz anlaşma var bir də bala heydərin həsən ağanın qohumu olması qabağını kəsir.

sürücü 2017-11-13 10:44:05

Bala Heydər Şərq bazarında bir BİRLİK sığorta çirkəti da yaratmışdı.Uzun müddət fəaliyyət göstərdi. M.Besener adlı hansı millətin nümayəndəsi olduğu bilinməyən bir şəxsi də təyin etmişdi Baş direktor.avtomobili sığortalamağı özbəklər kimi yalvarırdılar. qəzadan sonra vətəndaşa çatası pulu verməli olanda çeçenlər kimi davranırdılar.

AAgahuseyn 2017-11-13 10:44:05

MIS-MIS deməkdənsə birdəfəlik deyin onu filan ..... müdafə edir.

Besir 2017-11-13 10:44:05

REDAKSIYA ISCILERI QUYA BILMIESINIZ KI KIMIN ADAMIDIR ELE DE SUAL VERIRSINIZ YOXSA LOXMU AXTARIRSINIZ MEQALENI AXIRA KIMI YAZ DA KIMDIR DALINDA DURAN

Fetos 2017-11-13 10:44:05

Bu ... haqda hele az yazmış sınız.Bu ... ne millet ne de devlet tanıyor.Onun bir amaçlı var ancaq onun bunun adından istifade edib .... yoluyla pul kazanmak.Artıq bu ... haqda qanunı tedbir görülmeyen vaxtı catıb

Аноним 2017-11-13 10:44:05

Quliyev Əhməd Feyruz oğlu Heydərdən geri qalan deyil.O adı çəkilən,heydərə icarəyə verdiyi obyekti müxtəlif vətəndaşlara təxminən 1 milyon manat pul atmaqla tikdirib.Hörmətli jurnalist,məqalənizə Allahın,peyğəmbərin adı ilə başlamısınız,dəqiq araşdırın,Əhmədi mələk kimi qələmə verməyin.Əhməd neçə ailəni dilənçi gününə salıb.

Son yazılar