Binəli Yıldırım Rusiya ilə S-400 üzrə sazişin zəruriliyindən danışıb

"Rusiya ilə S-400 zenit-raket komplekslərinin tədarükünə dair sövdələşmə zərurətdən irəli gəlir".

"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

"S-400 üstünlük deyil, zərurətdir", — deyə "Bloomberg" onun sözlərini sitat gətirib.

Baş nazir qeyd edib ki, Türkiyə ABŞ və NATO-nun bənzər sistemlərinə ümid edirdi, lakin bütün təkliflər qoyulan şərtlərlə uyğun gəlmədi.

"Bizim gözləntilərimizə cavab verən təklif olmadı. Nəhayət, biz Rusiya ilə saziş bağladıq", — deyə Yıldırım bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar