«İranda Aİ-nın nümayəndəliyi açıla bilər» – İshak Cahangiri

Dərc olunub: 12/11/2017 - 22:15

4bk877046fc13bc3es_800C450«AzPolitika.info»-nun xarici KİV-ə istinala verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) vitse-prezidenti İshak Cahangiri bəyan edib ki, ölkəsi ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə, Tehranda Avropa İttifaqının (Aİ) nümayəndəliyinin yaradılması imkanlarını götür-qoy edir.

Bu bəyanat Avropa komissiyasının kənd təsərrüfatı və kənd rayonlarının inkişafı məsələləri üzrə üzvü (avrokomissar) Fil Hoqanla görüş zamanı səsləndirilib.

«İranla Avropa İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlıq çoxdan davam edir və demək olar, Avropanın bütün etibarlı şirkətləri İranın iqtisadiyyatında, o cümlədən, energetika, sənaye və kənd təsərrüfatı sahələrində iştirak edirlər» – leyə, «Tasnim» Cahangiridən sitat gətirir.

Vitse-prezident onu da əlavə edib ki, Tezranda Aİ-nın nümayəndəliyinin təsis olunması məsələsi ölkənin xarici işlər nazirliyinin (XİN) gündəliyində durur və əlavə edib ki, bu da iki ölkə arasında əldə olunimuş sazişlərin reallaşmasına kömək edir.






loading...


Fikrinizi bildirin