“HƏMİN ƏRAZİ MƏNİM ƏLİMDƏN ALINIB” — “Şərurlu İsfəndiyar” qanunsuz tikinti barədə

“Şərur” MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Binəqədi rayonu ərazisində yerləşən metronun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işlərində adının hallanması məsələsinə münasibət bildirib.

İ.Axundov “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən ərazi ona məxsus deyil: “Həmin parkda tikintini biz aparmırıq. Orada başqa şirkət iş görür. Ərazidə aparılan tikinti işləri ilə mənim heç bir əlaqəm yoxdur. Bunu hər kəs maraqlanıb öyrənə bilər. Hazırda orada “Kristal Abşeron” tikinti işləri aparır. Öz reklam lövhələrini də vurublar, bunu hər kəs görə bilər”.

İş adamı bir il bundan öncə həmin yerin əlindən aldındığını da söyləyib: “Əslində, həmin ərazi mənim yerim idi, ancaq bir il bundan qabaq əlimdən alınıb”.

Xaləddin İsgəndərov

Xatırladaq ki, Binəqədi rayonu ərazisində yerləşən, Bakı metrosunun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işləri hər kəsi qorxuya salıb. Buna səbəb isə tikinti proseslərinin metronun üzərində aparılmasıdır.

Yayılan məlumatlara görə, sözügedən parkda tikinti işləri İsfəndiyar Axundovun şirkəti tərəfindən aparılır.

635x100

Şərhlər

G.M 2017-11-13 11:00:12

Qarabağda Azərbaycan mədəniyyətinin izlərini ermənilər itirir.Bakıda Qədim mədəniyyətimizin,milli arxitektura arlamentlərimizin axırına da h.Abutalıbov çıxdı.Xırda-para ərazilər qalmışdı..onun da ``kitabını`` ömüründə bir kitab üzü açmayan İH Başçıları bağlayır.

Texnolaji mühəndis 2017-11-13 11:00:12

Metroda 2 parkdan biri (digəri uşaq dəmir yolu və karusellərlə) əlüstü bərpa edilirdi. Qalan parkı uzun şüşəli binalar hasarlayıb. Sutkanın 16 saatı titrəyən metro üzərində 20 mərtəbəli binalar tikilir. Belə çıxır ki, Bakıda su bataqlıqları və metrodan qeyri yaşayış üçün bahalı ev yeri qalmayıb? Binanın biri (Çayxana yerində) Axundov küçəsinin iki tərəfinə maşın keçid yolunun yarısını tutur. Niyə, ev müştəriləri(texniki vibrasiya), on minlərlə avtomobil(yol tıxacı) və piyadalar təhlükələrinə məruz qoyulur.

turan 2017-11-13 11:00:12

özbaşınalığın quyruğu buynuzu ölmur ki..

Alı 2017-11-13 11:00:12

Isfəndiyar düppədüz deyir. mən də şahidəm.O ərazi onun dədəsindən qalmişdi.Sürüyə sürüyə Sərurdan gətirmişdi.Haqsızlıga baxin siz ALLAH.İsfəndiyara tuş gələnlərin balasinin axirınci tikəsin əlindən alan in dədəsindən qalma ərazisin əlindən aliblar.DAŞ TÖK ALLAH NİYƏ TÖKMÜRSƏN? AMMA YA RƏBBİM ƏVVƏLKİNDƏN FƏRQLİ OLARAQ BU DƏFƏ DAŞİ TÖKƏNDƏ İSFƏNDİYARİN TİKİNTİ PLOŞADKASİNA YOX ELƏ ONUN TƏPƏSİNƏ TÖKSƏN TƏK İSFƏNDİYARDAN BAŞQA HAMİ SƏNƏ DUAÇİ OLACAQ əmin ol və BU AKSİOMDUR.ŞÜKÜR SƏNƏ YA RƏBBİM.AMİN.

inşaatçı 2017-11-13 11:00:12

“Əslində, həmin ərazi mənim yerim idi, ancaq bir il bundan qabaq əlimdən alınıb. yəqin babandan sənə qalıbmış......................

Bayağı Mühəndis 2017-11-13 11:00:12

Metroda 2 parın biri (digəri uşaq dəmir yolu və k.) "əlüstü" bərpa edilib. Qalan hissə uzun şüşəli binalarla hasarlanıb. 16 saat titrəyən metro üzərində 20 mərtəbəli bina? Abşeronda su bataqlıqlar və metrodan kənarda yaşayış üçün bahalı ev yeri qalmayıbmış? Binanın biri (Çayx. yerində) Axundov küçəsinin iki tərəfinə keçid yolunun yarısını tutur. Layihə öncədən sabahkı binanı (texniki vibrasiya), on minlərlə avtomobili (yol tıxacı) və piyadanı keçid təhlükəsinə məruz qoyub.

Samir 2017-11-13 11:00:12

Yasamal rayon Zardabi 77/a kucesinde ,Lilpar MTK-da saygacsiz,ogurlug suyu bina sakinlerine satisi davam edir! Hara baxir su idaresi?

Son yazılar