"BÜDCƏMİZİN HƏCMİNƏ BAXANDA, HƏR ŞEY AYDIN OLUR" - Deputat 

Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı “Azərişıq” ASC və "Azəristiliktəchizat" ASC-nin özəlləşdirilməsi təklif edilib. APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək.

O qeyd edib ki, əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır: “Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur. Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”.

635x100

Şərhlər

Bizim hara getdiyimizi bilən var??? 2017-11-13 13:20:02

“əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb”.........əhalisinin sayı Azərbaycandan 20 dəfə çox, neft istehsalı isə Norveç qədər olan, neft vəsaitlərinin əsas hissəsini büsbütün dağıtmış Nigeriya bizdən də qat-qat pis vəziyyətdədir. İndi necə olacaq??? Avropa sayağı standartlar formalaşdıra bilmirik, Afrika sayağı yaşamaq ar gəlir...)))

Bashirov Qarib 2017-11-13 13:20:02

Esl muxalifet bele olar.Gece gunduz hokumet ve hokumet mediyasi deyir ki, anoloqu olmayan inkishaf tempi ele geldi,inkishafimizi gozu goturmeyenler paxilligimizi chekir, Avropa dagilir ,biz guclu iqtisadiyyata malikik.Iqtisadiyat tehsili olmayan mektebli de bilir ki, bir neche il evvel budcemiz 25 milyard ,bu il 11 milyard dollara dushub.Yani iqtisadiyyatimiz 230 faiz geriliyib.Indi ,2,5 % artibsa bu anoloqu olmayan inkishafdirmi?Yoxsa ataloqu olan chokushdur.Baxin, bu chokush Qudret muel. de qane etmir.

Neft mexaniki 2017-11-13 13:20:02

Cənab MV, biz üç əsrlik tarixi, M.F.Axundovu, C.Məmmədquluzadəni və M.Ə.Sabiri unudub dünyanı seyr edirik. Elə bil, İsveçi adlayıb işğalçını analoq seçirik ki, himaydarına da sərvət ötürək? SSRİ dağılandan hər yeni ölkə müstəqil qüdrətə çalışır. İslahat kosmik modadadan sıravi əhalinin dirçəlişinə yönəlməlidir. Milyardlara sahib işğal dövlətində mükəmməl ərzaq, mal yemi və digər ehtiyatlarla müstəqil təminat yoxdur. Strateji xəritədə ucuz pomidor ola bilər, amma bunlar varmı?

ali 2017-11-13 13:20:02

Acidir.Amma həqiqətdir.1-ci sinif şagirdinin belə inanmadıgı, məsxərəyə qoydugu, lətifələr qoşdugu "inkişaf edirik"-dənsə belə həqiqətlər dövlətə də, millətə də, elə canimiz-ciyərimiz iqtidarimizin özünə lazimdir. .(indi N.Siyavuş deyəcək ki "ZATO BİZİM FUTBOL MİLLİMİZ NORVECDƏN İRƏLİDƏDİR-BAX İNKİŞAF BUDUR") Andorradan zaddan bir sey tapardin da.Həm də biz təzəlikcə Afrika ilə münasibət qurmaga Afrikaya inteqrasiyaya sino gedirik..Nə dəxli var e ag ya qara inteqrasiya elə inteqrasiyadir. Avropa ya Afrika.

Timurchin 2017-11-13 13:20:02

Əgər ölkədə reallaşdırılan stabilləşmə siyasətini nəzəri yanaşmalar baxımından təhlil etsək maraqlı görüntü alınır...))) Biz 2015-2016-cı il böhranından heç bir nəticə çıxarmamışıq – yaradılmış maliyyə sabitliyinin dayanıqlığı yenə neft gəlirlərinə bağlıdır: real sektorun inkişafı daxili tələbin inkişafı ilə, daxili tələbin inkişafı (istehlak, investisiya, dövlət satınalmaları xərcləri) büdcə xərcləri ilə, büdcə xərcləri neft gəlirləri ilə, ölkənin neft gəlirləri isə neftin dünya bazar qiymətləri ilə müəyyənləşir, hansınınki dəyişkənliyi, qeyri-müəyyənliyi olduqca yüksəkdir.

Pensiyaçı 2017-11-13 13:20:02

qüdret, fazil,rauf, eynulla, eflatun... Elbette , buraya köhne gvardiyanı da elave etmek olar... Meselen ağamalı, qurbanov, mitzezade- haqqın yolunu tapan uşaqlardı, men şexsen teqdir edirem. Yoxsa ki, insanov...

G.M 2017-11-13 13:20:02

Siyavuşun kadrlarından insafla desək, Qudrət bəy öz üzərində işliyir.Maraqlı çıxışlar edir..hərdən məsləhətdən keçməyən təklifləri də səsləndirir.Necə deyərlər MM-də mövcudluğunu nəzərə çatdırmaqla fərdi biznesini genişləndirmək uğurunda ``savaşır``.Dünyamalı doxtur demişkən prespektivli ,səmimi Deputat,...vəsiqəsini aldığı adama sadiq olduğunu sübut edən ``müxalif``.

R-n 2017-11-13 13:20:02

Olkeni bu gune salanlar hele de oz nagillarina inanirlr.Bilmirler ki,olke butun gostericilerine gore,hec digalarla da mugayise oluna bilmir.Budcesi 10 mlrd.olan olkenin 22 mlrd-dan cox xarici borcu var.UDM 2 defeden cox azalib,4 milyndan cox insan olkeni terk edib,maashlar Ermenistandan iki defe azdir,intiharlarin,siyasi mehbuslari sayi-hesabi yoxdur,yalniz mustegilliye garshi cixanlar yag-bal icinde yashayirlar.

Pensiyaçı 2017-11-13 13:20:02

Bu Naxçıvanlı deputata güya baxanda hər şey bəlli olur.Bəs 140-200 manatla bu bahalıqda kommunal xərcləri ödəməklə bir ay-30 gün yaşamalı olan pensiyaçının həyəatı niyə bəlli olmur? Onun üçünmü deputat kreslosunda oturdulub? Bir bunu düşünən varmı?Hadının hesabı yalnız özünə yarayır.çünki Lənkəranda,Bakıda bir sıra oşyektləri ona işləyir.Hakimiyyət isə sanki bunlardan xəbərsizdir.Bura əhalisi dər-bədər salınmış Azərbaycandır.

Son yazılar