PROKUROR MTN GENERALINA CƏZA İSTƏDİ - "15 il həbs, rütbəsi və əmlakı alınsın"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuor çıxış edib. Dövlət ittihamçısı Elçin Quliyevin 15, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hökmə əsasən, hər iki şəxsin hərbi rütbəsinin alınmasını, əmlaklarının müsadirə edilməsini tələb edilib.

Qeyd edək ki, bu, artıq həbs edilən üçüncü qrup MTN zabitlərinin işidir ki, məhkəmədə baxılır.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

635x100

Şərhlər

Bashirov Qarib 2017-11-13 13:30:01

Bunlarin sifarishi ile insanlarin heyatini zulme cheviren hakimler nece,onlar da cezalanacaqlarmi?Ifsha olunmush nazire terif dolu teshekkur mektubu gonderib, bunlarin cinayet emellerini yaltaqcasina teqdir edib ,gunahsiz insanlari zindanlara dolduran hakimler cezasiz qalarsa,bu emeller kimlerin vicdanina yazilacaq?

G.M 2017-11-13 13:30:01

Humanist məhkəmələrimizin səxavəti nəticəsində V.Zeynalovun cəza müddəti 13 ildən 4 ilə endirildi..Çox güman ki,General da ``səhvini normalnı etiraf`` etsə,Apelasiya Məhkəməsi bunu nəzərə alıb,öz ``humanistliyini`` göstərməklə 15 ili 3 ilə endirəcək.Noolub,Dünya dağılmıyıb ki...

G.M-e 2017-11-13 13:30:01

bir deye bilersen,heqiqeten ne olub?????vergilerde olan quldurluq,gomrukde olan soygunchulugu hech kes noye gormur goresen???

Son yazılar