Cəmil Həsənli üçün imza vərəqləri MSK-dan götürüldü

"Professor Cəmil Həsənlinin imza vərəqələri MSK-dan götürüldü". Bu məlumatı musavat.com-a Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Gülağa Aslanlı verib. G.Aslanlı deyib ki, müvafiq akta o imza ataraq, 900 ədəd imza vərəqi götürüb və bu, 45 min imzanın toplanması üçün yetərlidir.

Qeyd edək ki, ölkə müxalifətinin vahid namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin namizədliyi MSK-da dünən təsdiqlənsə də, MSK ona həmin gün imza vərəqlərini verməkdən imtina etmişdi. C.Həsənliyə imza vərəqlərinin bu barədə məlumatın rəsmi qəzetlərdə dərc olunmasından sonra veriləcəyi bildirilmişdi.

Artıq Milli Şuranın bu problemi arxada qalıb və MSK-dan götürülmüş imza vərəqlərinin Milli Şuraya daxil olan partiyaların rayon təşkilatları arasında bölüşdürülməsinə başlanıb.

Musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar