Dövlət Dil Komissiyasının yeni tərkibi təsdiqlənib – SİYAHI

Dərc olunub: 13/11/2017 - 19:48

ilham-eliyev-2 (1)Azərbaycan prezidenti İlham Əliyev Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası aşağıdakı yeni tərkibdə təsdiq edilib:

Komissiyanın sədri

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

 Komissiya sədrinin müavinləri

Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Akif Əlizadə AMEA-nın prezidenti
Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri

Komissiyanın üzvləri

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Elçin Əfəndiyev Azərbaycan Respublikası Baş nazirinin müavini
Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin

İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri

İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Təhsil komitəsinin sədri, AMEA-nın həqiqi üzvü
Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA-nın həqiqi üzvü
Kamal Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü
Nizami Cəfərov Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü
Vasim Məmmədəliyev Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü
Teymur Kərimli AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Möhsün Nağısoylu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Muxtar İmanov AMEA-nın Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Əbülfəz Quliyev AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Mövlud Süleymanlı xalq yazıçısı
Sabir Rüstəmxanlı xalq şairi
Adil Babayev Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor
Mübariz Yusifov Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor
Elbrus Əzizov Bakı Dövlət Universitetinin professoru
Buludxan Xəlilov Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru
Аydın Ələkbərov filologiya elmləri doktoru, professor
İsmayıl Məmmədov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor
Sayalı Sadıqova AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor
Afaq Vəliyeva Tərcümə Mərkəzinin direktoru
Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Aydın İbadov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru

Azərbaycan Milli Elmlər Akademiyasına aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.


loading...




Fikrinizi bildirin