"Moskva-Ankara münasibətləri tam bərpa olunub" - Putin

Moskva və Ankara münasibətlərini tam həcmdə bərpa olunmuş hesab etmək olar.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, bu ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb. Rusiya prezidenti qeyd edib ki, ölkəsi Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədən Suriya münaqişəsinin nizamlanmasında iş aparır. Putin türkiyəli həmkarına Rusiyaya səfər etdiyinə görə təşəkkürünü bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında regional məsələlərin həllində ikitərəfli əməkdaşlığa diqqəti yönəldib: "Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər günü gündən inkişaf edir. Yüksək səviyyədə təmaslar həyata keçirilir. Əminəm ki, bu gün ki görüş də məhsuldar olacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar