Şirvanda rabitə kabelləri oğurlanıb - 1000-ə qədər abonent rabitəsiz qalıb

Şirvanda şəhər telefon şəbəkəsinin rabitə quyularından rabitə kabelləri kəsilərək oğurlanıb.

Şirvan Telekommunikasiya qovşağından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gecə Şirvan şəhərinin H.Əliyev prospekti və Vaqif küçələrində yerləşən 7 rabitə quyusuna daxil olan oğrular oradan qurğuşun və misdən ibarət olan ana xətt kabellərini kəsərək oğurlayıblar.

Nəticədə Şirvan şəhərinin Bayramlı, Hacıqəhrəmanlı qəsəbələri və Köhnə şəhər massivinə daxil olan 1000-ə qədər abonentin stasionar rabitə xətti kəsilib. Bir çox abunəçilərin internet verilişi də dayanıb. Hazırda Şirvan telekommunikasiya qovşağının təmir-tikinti briqadası oğurlanan kabellərin bərpası ilə məşğuldur. Bildirilir ki, rabitə xəttinin bərpa olunması bir həftəyə qədər mümkün olacaq. Qovşağa böyük məbləğdə maddi ziyan vurulub.

Şirvan polis şöbəsində faktla bağlı cinayət işi açılıb, oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar