Cəlilabadda dumanlı hava zəncirvari qəzaya səbəb olub

Cəlilabadda zəncirvari qəza hadisəsi baş verib.

“Report”un Aran bürosu hadisə şahidlərinə istinadən xəbər verir ki, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dumanlı hava şəraitində “VAZ-2107” markalı avtomobil “Qazel” və digər minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar