Qubada evi yanan 80 yaşlı qadın özünü ikinci mərtəbədən yerə atıb

Quba rayonu Alpan kəndində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə zamanı 1937-ci il təvəllüdlü ev sahibəsi Balaqdaşova Xanım Əmibala qızı yanğın zamanı özünü evin ikinci mərtəbəsindən yerə atıb.

O, Quba rayon təcili tibbi yardım briqadası tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb, xəstənin ayağının sındığı məlum olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar