ƏLİ İNSANOV YENİDƏN MƏHKƏMƏ QARŞISINDA - Prokuror vaxt istədi

Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasa Ə. İnsanov gətirilməyib.

Dövlət ittihamçısı Rizvan Şəmmədov bildirib ki, işlə tanış ola bilmədiyi üçün ona vaxt verilsin. Prokurorun vəsatəti təmin edilib və proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

* * *

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu gün növbəti dəfə hakim qarşısına çıxarılacaq. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçmiş nazirin kasasiya şikayətinə baxılacaq. Proses saat 9:30-da başlayacaq.

Bu barədə “Yeni Müsavat”a İnsanovun vəkili Toğrul Babayev məlumat verdi: “Məhkəmə saat onun yarısında başlayacaq. Əli İnsanov məhkəməyə gətirilməyəcək. Onun iştirakı olmadan şikayətə baxılacaq. Məhkəməyə gətirilməməsi ilə bağlı başqa bir səbəb yoxdur, sadəcə, özü iştirak etmək istəmir. Onunla həbsxanada görüşdüm, məhkəmə ilə bağlı nəsə bir sözü-filan olmadı. Məhkəmədən hər hansı bir gözləntimiz barədə sualınıza gəlincə deyə bilərəm ki, ərizə yazmışıq, xahişimiz olunub, bəraət istəyirik. Prosesin sonunda nəticəni biləcəyik. Qərara uyğun olaraq, Avropa Məhkəməsinə müraciət edib-etməyəcəyimiz məlum olacaq”.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb. Bu ilin aprelində o, 7 il yarım azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

AYRİM 2017-11-14 10:08:51

BU KİSİNİ MANDELANİN GUNUNƏ SALDİLAR Kİ? GUYA PROKUROR ƏVVƏLKİ İLLƏRDƏKİ İSLƏ ELƏ YAXİNDAN TANİS OLMUSDU QALDİ BU İS.

bisavad 2017-11-14 10:08:51

Qorunan bir yerdə Əli İnsanova psixotrop maddələri gətirən canlı müəyyən edilibmi? Əli müəllimin xəsarət yetirdiyi adam əlildir,yoxsa vaxtından əvvəl rütbə alıb.

dadaşyev 2017-11-14 10:08:51

İşlə tanış olmaq deyəndə ki,işdəki səhifələr cırılıb əlbət vərəqlənməkdən,tanış olmayan qalmayıb.Məhkəməyə ehtiyac yoxdu,daha bir yeddi il yarım yapışsın kürəyinə,odu haa.Atı alan Üsküdarı keçdi.

Zümbülberq 2017-11-14 10:08:51

bu dava bitmez.... İnsanovun 100 yaşı olanda o yene mehkemeye getirilecek, prokuror vaxt isteyecek.... belece goyden 3 alma dusecek. biri hakimin biri prokurorun biri de nadzorun. yerde qaldı bir dilimmm....onu da İnsanova .........

S.Holms 2017-11-14 10:08:51

Azerbaycan Mehkemeleri, Huquq Orqanlari Goresen hec xecalet cekirlermi???? Cixartdiqlari du Feodal dovrunun Gulunc Komediyalarindan?! geci- tezi var ,Allah bir gun onlara da qenim olacaq! Men E. Insanovu xoslamiram, cunki o da vaxtile bu xalqi ayaqa salanlardan biri olub! Amma ahil adami bu qeder Serlemek , insani yasadiqi cemiyyetden iyrendirir. Yeni strategiyaya esasen deyesen dahamehkemelere ehtiyac olmayacaq, cunki is goren kriminallara zakaz verilerek azadliq verilib........her sey Zonada hell olacaq

ilqar 2017-11-14 10:08:51

zumbulberq ayib olsun axrinci sozlerine gore cunki o bir alimdi elime bir cox toyfeleri olum yasida bellidi

Zümbülberqdən İLQARA 2017-11-14 10:08:51

Son cümləni yazanda onun evindən cixan qizil kərpiclər düşdü yadıma, bir vaxtlar malik olduğu var dovlet ve seltenet. hansi ki AZƏRBAYCAN XALQININ İDİ. əcələ yaşına görə bizdən daha yaxın olan İnsanov bir dəfə də olsun Xalqdan üzr istəməyib. Onun səhiyyə naziri olduğu dövrdə nə idisə indi də elə o vəziyyətdir. əməlinin cavabini necə verəcək o dunyada?...vetendaşı adam yerine qoymayan firon memurlrdan olub ..... bax onların rəzil aqibetlerini de goreceyik. Nifrin olsun

Son yazılar