Polad Bülbüloğlu Dövlət Komissiyasının yeni tərkibində yer almayıb

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibində əvvəlki üzvlərin bir qismi yer almayıb.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Komissiyanın tərkibində sabiq təhsil naziri Misir Mərdanov, Azərbaycanın Rusiyadakı səfiri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu, xalq şairi Fikrət Qoca, yazıçı Əkrəm Əylisli, “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin sabiq baş direktoru İsmayıl Vəliyev, Prezident Administrasiyasının humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadə, Milli Məclisin sabiq deputatı Nizami Xudiyev, Azərbaycan Prezident Administrasiyasının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Yusif Hümbətovun və digərlərinin adları yoxdur.

Onların yerinə yeni üzvlər təyin edilib.

Qeyd edək ki, Dövlət Dil Komissiyasının əvvəlki heyətinin üzvlərindən bəziləri vəfat edib.

635x100

Şərhlər

dadaşyev 2017-11-14 11:00:54

Demək akumulyatoru bitmək üzrədi.

Son yazılar