Piyadanı vurub öldürən “Galendewagen” yox, “Prado” imiş – Rəsmi açıqlama

Bakı şəhər Prokurorluğu Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, məlum yol-nəqliyyat hadisəsinin “Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə yayılan məlumatlar yalandır: “Belə ki, noyabrın 13-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, Aeroport yolunda Bakı şəhər sakini, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü Vəliyev Abbas Əli oğlu idarə etdiyi “Toyoto Parado” markalı, 90-XX-747 dövlət nömrə nişanlı avtomobillə yolun hərəkət hissəsində piyada, 1971-ci il təvəllüdlü Quliyev Natiq Məmməd oğlunu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, bəzi KİV-də məlum qəza hadisəsinin məmur oğlu tərəfindən “Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə məlumatlar yayılıb.

635x100

Şərhlər

REDAKTOR 2017-11-14 11:26:50

Yaxsi duzub qosublar. Belə isə bəs onda aeroport yolunda hər 10 metrdən bir kamera var hadisəni gosdərsinlər. İnan ki hec vəkilin sorxusuna belə təqdim etməzlər.

dadaşyev 2017-11-14 11:26:50

Çayçımız vurub baş-ayağı,çaynikdəki konyak imiş.

sürücü 2017-11-14 11:26:50

Bu necə KİV-ləridir ki,məlumatları uyğun gəlmir.Yəni 1-ci halda əzilmiş Gelenvagenlə Mersedes avtomobilinin Koroğlu metro yaxınıəğında (körpünün altında)vurulduğu rəsmi ilə göstərilir və Megsedesin sürücüsünün öldüyü yazılır.İndiki yazıda isə həmin adamın guya Bülbülə qəsəbəsi yaxınlığında Prado vurduğu deyilir.Burada məntiq varmı?Bu jurnlist birini səhv sala bilər.Ya avtomobilin markasını ,ya da hadisə yerini.Bəs bu necə yazı və necə KİV-dir?Hər şey baş-ayaq yazılır. Deməli yüksək vəzifəli məmur gizlədili

Son yazılar